Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər arasında basketbol yarışı keçirilib

12 noyabr 2018 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq İsmayıllı rayonu üzrə məktəblilər arasında basketbol idman növü üzrə rayon birinciliyi 10 noyabr 2018-ci il tarixində İsmayıllı şəhər 3 nömrəli məktəb liseydə  keçirilmişdir.
İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəis müavini Rauf Rəcəbov tədbiri açıq elan etmiş və  yarışın mahiyyəti barədə iştirakçılara məlumat vermişdir. Rayon Təhsil şöbəsinin metodisti İlham Vahabov çıxış edərək keçirilən yarışın məqsədi haqqında danışmış və komandalara uğurlar arzulamışdır.  Gərgin keçən yarışda 12 komanda iştirak etmişdir, I-yerə Qubaxəlilli tam orta məktəbin komandası, II-yerə 3 nömrəli məktəb liseyin komandası və III yerə Talıstan tam orta məktəbin komandası layiq görülmüşdür.

Keçidlər