Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdmaşı məktəbində bayram tədbiri və maarifləndirici tədbir

08 noyabr 2018 | 16:00

08.11.2018-ci il tarixdə Kürdmaşı kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Ailədə və cəmiyyətdə uşaq hüquqlarının müdafiəsinə dair açıq söhbət” mövzusunda tədbir keçirilmişdir. Tədbiri məktəbin drektoru Məhəbbət Qəmbərova açaraq mövzu barədə qısa məlumat vermişdir. RiH-nin başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova uşaqların ailədə və cəmiyyətdə yeri, onların hüquqları, yaş həddinin uşaq hüquqlarının yaranmasına təsiri, uşaqlara dövlət qayğısı barədə ətraflı məlumat vermişdir. Tədbir pedaqoji kollektivin və şagirdlərin fəal iştirakı ilə 9 noyabr-Bayraq gününə həsr edilmiş təntənəli bayram şənliyi ilə davam etdirilmişdir.
Şöbə müdiri Pakizə Abbasova tədbir iştirakçılarını İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından təbrik etmişdir. O, ölkə başçısının apardığı düzgün daxili və xarici siyasətin nəticəsi olaraq dövlətçiliyimizin, suverenliyimizin rəmzi olan Azərbaycan Bayrağının tezliklə Qarabağda vüqarla dalğalanacağına inandığını bildirmişdir.

Keçidlər