Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Azərbaycan ədliyyəsinin 100 illiyinə və ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbir

22 noyabr 2018 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyətinin konfrans zalında Azərbaycan ədliyyə yaranmasının 100 illiyi və ədliyyə işçilərinin peşə bayramı münasibətilə təntənəli tədbir keçirildi.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ədliyyə işçilərinə rayon ictimaiyyətinin və icra orqanlarının adından salamlayıb, tariximizin zəngin səhifələrindən biri olan 22 noyabr - Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə onları təbrik etdi. Daha sonra icra başçısı Azərbaycan hökumətinin ədliyyə orqanlarına göstərdiyi qayğıdan, onlar üçün səmərəli fəaliyyət və yüksək peşəkar inkişaf imkanlarından, qanunçuluğun möhkəmləndirilməsindən, insan hüquq və azadlıqlarının qorunmasının və dövlət tədbirlərinin həyata keçirilməsinin təmin edilməsindən ibarətdir. Başçı onu da qeyd etdi ki, ədliyyə orqanlarında çalışanların səmərəli, xalqa, dövlətə sədaqətli xidməti yüksək təriflə qiymətləndirilmişdir.
Rayon məhkəməsinin sədri Rəfael Şirinov ədliyyə orqanlarının daim öz diqqətini saxlayıb, onlar üçün inkişafa xidmət edən hər cür şərait yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ədliyyə işçiləri adından minnətdarlığını bildirdi. Qarşılıqlı, işgüzar əməkdaşlıqa görə rayon icra hakimiyyətinin rəhbərliyinə təşəkkür etdi.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sevil Əhmədova, İsmayıllı Rayon Prokuroru Tural Yusifov, rayon polis şöbəsinin rəisi Telman Ağasıyev, DTX rayon şöbəsinin rəisi əvəzi Cavid Hüseynov, "Səfərərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" rayon şöbəsinin müdiri Xamis Bədəlov və başqaları çıxış edərək ədliyyə orqanlarının əməkdaşı peşə bayramları münasibətilə təbrik ediblər, qanunçuluğun möhkəmləndirilməsində, əhaliyə hüquqi xidmətdə, dövlət tərəfindən etibar edilmiş vəzifələrin icrasında onlara uğurlar arzulayıblar.

Keçidlər