Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • İsmayıllı rayonu ümumtəhsil məktəbləri  ə...

    İsmayıllı rayonu ümumtəhsil məktəbləri əlaçı şagirdlərinin I rayon Forumu keçirilib

    2017-02-02

    “Azərbaycan gəncləri günü” çərçivəsində əlaçı şagirdlərin birinci rayon forumu keçirilib. Forumun devizi belə olub: “Təhsil əlaçılığından həyat əlaçılığına” Foruma 2025 nəfər əlaçı şagirdi təmsil edən 200 nəfər yuxarı siniflərin əlaçıları dəvət olunub.

  • RİH başçısı yanında növbəti şura iclası ...

    RİH başçısı yanında növbəti şura iclası keçirilmişdir.

    2017-02-01

    31 yanvar 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında nöbəti Şura iclası keçirilmişdir. İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələrin, bələdiyyə sədrlərinin, idarə və müəssisə rəhbərlərinin, İsmayıllı Regional “Bilik Evi” və Multikulturalizim Mərkəzinin əməkdaşlarının iştirak etdiyi iclasda günün aktual məsələləri müzakirəyə çıxarılmış, görülmüş işlər və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

  • İsmayıllı şəhər icra nümayəndəliyi hesaba...

    İsmayıllı şəhər icra nümayəndəliyi hesabat verib.

    2017-01-31

    İş prosesində, maliyyə baxımından bəzən yaranan obyektiv çətinliklərlə baxmayaraq, şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyətini təkmilləşdirir, onu ilk olaraq əsasnaməyə, mövcud qanunlara uyğun, sonra isə sakinlərin maraq və təklifləri əsasında qurur. Bütün bunlar barədə 27 yanvar 2017-ci il tarixdə rayon təhsil şöbəsinin inzibati binasındakı iclas zalında keçirilən hesabat iclasında rəqəmlər və faktların dili ilə ətraflı danışılıb.

  • İsmayıllı İdman  Olimpiya Kompleksi ilin Olimp...

    İsmayıllı İdman Olimpiya Kompleksi ilin Olimpiya Kompleksidir.

    2017-01-30

    Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi, Azərbaycan idman jurnalistləri Assosiasiyası və “Sportsman” jurnalı 2016 –cı ilin yekunlarına görə İsmayıllı Rayon Olimpiya İdman Kompleksini “İlin Olimpiya Kompleksi” elan edib, “Zəfər” Beynəlxalq idman mükafatına layiq görüb.

  • İsmayıllıda turizmin inkişafı yüksələn xə...

    İsmayıllıda turizmin inkişafı yüksələn xətt üzrə gedir

    2017-01-25

    İsmayıllı Turizm İnformasiya Mərkəzi bölgədə daxili turizmin inkişaf etdirilməsinə yerli və xarici turistlərin rayona cəlb olunmasına xidmət göstərir. Mərkəz habelə informasiya texnologiyaları vasitəsi ilə bölgənin turizm potensialı barədə ətraflı məlumatlar göndərir, sorğuları cavablandırır. Regiona gələn turistlərin gəzintisini və yerləşməsini təmin edir.

  • İvanovka İƏD üzrə icra nümayəndəliyinin he...

    İvanovka İƏD üzrə icra nümayəndəliyinin hesabatı keçirilib.

    2017-01-24

    Sosialist Əməyi Qəhrəmanı Nikolay Nikitinin sədr olduğu dövrdə ölkə miqyasında tanınan İvanovkadakı təsərrüfat sonrakı illərdə geriləməyə başladı. Bu proses son illərə qədər davam etdi. Çünki kolxozun idarə olunması üçün hüquqi əsas yox idi. Rayon icra hakimiyyəti mütəxəssislərin, hüquqşünaslar və təcrübəli təsərrüfat rəhbərlərinin iştirakı ilə belə bir hüquqi əsas yaratdı. 2927 nəfər əhalisi, 822 təsərrüfatı olan kənd indi icma formasında fəaliyyət göstərir və çeşidli məhsullar istehsalında yeni istiqamətdə irəliləyir. Kənddən köçmə halları dayanır, abadlıq işləri davam etdirilir, fərdi təsərrüfatların inkişafı üçün şərait yaradılır.

  • “2 fevral- Gənclər Günü” münasibəti ilə...

    “2 fevral- Gənclər Günü” münasibəti ilə VKC karate idman növü üzrə açıq rayon birinciliyi

    2017-01-23

    22 yanvar 2017- ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və Olimpiya Idman Kompleksinin birgə təşkilatçılığı ilə “2 fevral- Gənclər Günü” münasibəti ilə VKC karate idman növü üzrə yeniyetmələr və gənclər arasında açıq rayon birinciliyi keçirildi.

  • İsmayıllıda şəhidlər kütləvi ziyarətlə a...

    İsmayıllıda şəhidlər kütləvi ziyarətlə anıldı.

    2017-01-20

    Səhər saat 8-dən başlayaraq İsmayıllı şəhər Mədəniyyət mərkəzinin yanındakı monitorda 20 yanvar faciəsini əks etdirən filmlərin nümayişinə, hüznlü musiqilərin səslənməsinə başlanılıb. Yerlərdə dəfn olunmuş şəhidlərin məzarları ziyarət edilib.

  • İsmayıllıda fəaliyyət göstərən “Heydər ...

    İsmayıllıda fəaliyyət göstərən “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr edilib

    2017-01-19

    İsmayıllı Rayon İcra Hakimiyyətinin 20 yanvar faciəsinin 27-ci ildönümünün qeyd olunması ilə əlaqədar hazırladığı tədbirlər planına uyğun olaraq bütün idarə və təşkilatları, təhsil müəssisələrini,icra strukturlarını əhatə edən silsilə tədbirlər həyata keçirilir. Xalqımızın qəhrəmanlıq tarixinə şərəfli bir səhifə kimi yazılan 20 yanvara həsr olunmuş guşələr yenilənir, zənginləşdirilir. 19 yanvarda Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi də hüzn gününə həsr olunmuşdu. İştirakçılar arasında gənclər və həmin dövrü yaşamış insanlar çoxluq təşkil edirdi.

  • Mərkəzləşmiş Kitabxana Sistemində  “20 yan...

    Mərkəzləşmiş Kitabxana Sistemində “20 yanvar –Qan yaddaşımız” mövzusunda dəyirmi masa keçirilib.

    2017-01-19

    19 dekabr 2017-ci il tarixdə İsmayıllı rayon Mərkəzləşmiş Kitabxana Sistemində “20 yanvar –Qan yaddaşımız” mövzusunda dəyirmi masa keçirilib.

  • “İslamda şəhidlik zirvəsi - 20 Yanvar şəhi...

    “İslamda şəhidlik zirvəsi - 20 Yanvar şəhidləri” mövzusunda tədbir keçirilib.

    2017-01-19

    Yanvarın 19-da İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İslamda şəhidlik zirvəsi - 20 Yanvar şəhidləri” mövzusunda tədbir keçirilib.

  • 20 Yanvar faciəsinə həsr olunmuş rəsm müsabi...

    20 Yanvar faciəsinə həsr olunmuş rəsm müsabiqəsi

    2017-01-17

    İsmayıllı rayon Təhsil Şöbəsinin 20 Yanvar faciəsinin 27-ci il dönümünə həsr edilmiş tədbirlər planına uyğun olaraq 17 yanvar 2017-ci il tarixində uşaq kitabxanasında ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib.

  • İsmayıllı gəncləri 20 yanvar faciəsinin 27 	...

    İsmayıllı gəncləri 20 yanvar faciəsinin 27 illiyinə həsr olunmuş veloyürüş keçirib.

    2017-01-16

    İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və həvskar velosipedçi-fəal gənc Əli İmamverdiyevin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 27 illiyinə həsr olunmuş velosiped yürüşü keçirilib. 45 nəfər velosipedçinin iştirakı ilə keçirilən yürüş başlanğıcını Heydər Əliyev adına Mərkəzi meydandan götürüb, “Şəhidlər xiyabanı”na və oradan geri-mərkəzi meydana qədər davam edib.

  • “20 Yanvar –Qan yaddaşımızdır!” mövzusu...

    “20 Yanvar –Qan yaddaşımızdır!” mövzusunda inşa-yazı müsabiqəsi

    2017-01-15

    İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayılı rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar -Ümumxalq Hüzn Gününə həsr olunmuş "20 Yanvar-Qan yaddaşımızdır!" mövzusunda məktəblərin yuxarı sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirilib.

  • İsmayıllıda “Gənclər Mərkəzi” İctimai ...

    İsmayıllıda “Gənclər Mərkəzi” İctimai Birliyinin seminarı

    2017-01-13

    Gənclər Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə "Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” adlı layihə çərçivəsində İsmayıllı şəhərindəki Heydər Əliyev mərkəzində seminarı keçirilib.Tədbirdə rayon ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.

  • İsmayıllıda “Gənclərin Tövhəsi” İctima...

    İsmayıllıda “Gənclərin Tövhəsi” İctimai birliyinin maarifləndirmə tədbiri keçirilmişdir

    2017-01-13

    13 yanvar 2017-ci il tarixdə Rayonun H.Əliyev Mərkəzində “Gənclərin Tövhəsi” İctimai birliyinin “Gənclər qida terroruna yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə səhiyyə, təhsil işçiləri, məktəbəqədər təhsil müəssisəsinin rəhbərləri, GEM-nin işçiləri, Təhsil müəssisələrinin bufetlərində çalışan işçilər iştirak edirdilər.

  • İnzibati Ərazi Dairələrində hesabat yığınc...

    İnzibati Ərazi Dairələrində hesabat yığıncaqları keçirilir.

    2017-01-13

    İsmayıllı rayon İcra Hakimiyyəri başçısının 27.12.2016-cı il tarixli 159 saylı Sərəncamına uyğun olaraq şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncaqları keçirilir.

  • Elan

    Elan

    2017-01-07

    Qəbələ regional “ASAN xidmət” mərkəzi tərəfindən İsmayıllı rayon ərazisində yerləşən qəsəbə və kəndlərdə bir sıra xidmət növləri üzrə həyata keçirilməsi nəzərdə tutulan səyyar xidmətlər haqqında məlumat

  • Bayram Tədbirləri davam edir.

    Bayram Tədbirləri davam edir.

    2016-12-30

    30 dekabr 2016-ci ıl tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə İsmayıllı rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı əsasında əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün hazırlanmış kukla teatrının “Bir də etmərəm” adlı tamaşası nümayiş etdirildi.

  • İsmayıllıda Dünya Azərbaycanlılarının Həm...

    İsmayıllıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il təntənə ilə qeyd olundu

    2016-12-29

    31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə İsmayıllı rayonunda təntənəli bayram tədbiri keçirilib. 200 nəfərdən çox iştirakçını özündə birləşdirən tədbir “Qala” şadlıq sarayında reallaşıb. Musiqili ədəbi-bədii proqramla müşaiyət olunan bayram tədbirində RİH-nin başçısı Mirdaməd Sadıqov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə İsmayıllı sakinlərini, Azərbaycan xalqını, bayram təntənəsinə toplaşanları təbrik edib.

  • İsmayıllı idmançıları rayon icra hakimiyyət...

    İsmayıllı idmançıları rayon icra hakimiyyəti tərəfindən mükafatlandırıldı.

    2016-12-29

    29 dekabr 2016-cı il tarixdə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və yeni il münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı cənab Mirdaməd Sadıqovun tapşırığına uyğun olaraq RİH başçısının müavini — İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov və İsmayıllı Olimpiya İdman Kompleksinin müdiri Tofiq Hümbətovun iştirakı ilə bir qrup idmançıya 2016-cı il ərzində qazandıqları yüksək nailiyyətlərə görə pul mükafatları təqdim edildi.

  • Həmrəyliyə, Yeni ilin gəlişinə hamı sevinir...

    Həmrəyliyə, Yeni ilin gəlişinə hamı sevinir.

    2016-12-29

    Dekabrın 29-da İsmayıllı Rayon Təhsil şöbəsinin təşəbbüsü və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Gənclər Mərkəzində azyaşlı məktəblilər üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli ədəbi-bədii tədbir keçirilib.

  • Basqal qəsəbəsində multikulturalizm və tolera...

    Basqal qəsəbəsində multikulturalizm və tolerantlıqla bağlı maarifləndirici tədbir keçirilib

    2016-12-29

    Dekabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Basqal qəsəbə məscidi dini icmasının “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “Multikulturalizm və tolerantlıq xalqımızın həyat tərzidir” adlı maarifləndirici tədbir keçirilib.

  • “Nümayəndə günü” keçirilib

    “Nümayəndə günü” keçirilib

    2016-12-29

    Dekabrın 29-da Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilibdir. Tədbirdə RİH başçısı Mirdaməd Sadıqov, RİH başçısının birinci müavini Rövşən Ağayev, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

  • Karate üzrə rayon birinciliyi

    Karate üzrə rayon birinciliyi

    2016-12-27

    İsmayıllı Olimpiya İdman Kompleksində “31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə yeniyetmələr və gənclər arasında karate üzrə rayon birinciliyi keçirildi.

əvvəlki [21] növbəti