Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumilli liderin anım gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

08 dekabr 2018 | 16:00

Ümumilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar rayonda silsilə tədbirlər həyata keçirilir.Tədbirlərin xarakter və məzmununu ulu öndərin siyasi fəaliyyətini, müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı olmasını təşkil edir.Belə tədbirlərdən biri də 08 dekabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində məktəblilər arasında rəsm müsabiqəsi həyata keçirilib. Rəsm müsabiqəsi iştirakçıları Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə həsr olunmuş rəsm əsrləri ilə müsabiqəyə qatılıblar. Məzmunu, sənətkarlıq xüsusiyyətləri, bəddi düşüncə tərzi ilə fərqlənən əsərlər yaradıcı gənc rəssamların ümumilli liderə məhəbbətinin ifadəsi idi. Müsabiqədə iştirak edən Mirzəyevə Nəzrin 1-ci yeri, Əliyev Seymur 2-ci yerə, Cəlilov İlkin 3-cü yerə laiq görülmüşdür. Sonda müsabiqədə iştirak edən rəssamlara hədiyyələr və fəxri fərmanlar təqdim edilib.

Keçidlər