Şriftin ölçüsü :

Saytın rəngi :

“Regionlar Kuboku” layihəsinin final mərhələsinə yekun vurulub

25 dekabr 2018 | 16:00

İsmayıllı İntellektual Oyunlar Klubu və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Regionlar Kubokunun final mərhələsi 25 dekabr 2018-ci il tarixdə Qala Şadlıq Sarayında keçirilib.
          Rəsmi hissə İsmayıllı İntellektual Oyunlar Klubunun sədri, Azad Manaflının çıxışı ilə başlayıb. A.Manaflı intellektual oyunların gənclərin asudə vaxtının təşkilində və onların inkişafında önəmli rolunun olduğunu vurğulayaraq belə yarışların ənənəvi hal almasını qeyd edib.
          Daha sonra Azərbaycan Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov çıxış edərək intellektual oyunların təşkilinin Fondun prioritet layihələri arasında olduğunu deyib.O, gələcəkdə də intellektual istiqamətli layihələrin dəstəklənəcəyini söyləyərək həm gənclər təşkilatlarının, həm də fiziki şəxslərin Fonda layihələr təqdim etmək imkanlarının olduğunu vurğulayıb.
         Daha sonra isə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini, Rauf Rəcəbov gənclər üçün regionda yaradılan şəraitdən geniş söz açıb və gənclərin inkişafı üçün intelektual yarışların çox önəmli olduğnu qeyd edib.
         İsmayıllı Təhsil Şöbəsinin əməkdaşı Ülviyyə Zeynalova isə gəclərin intellektual oyunlara marağının hər zaman öndə olduğunu və dəstəkləndiyini bildirib.
        Rəsmi hissənin sonunda Rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Kərimov  çıxış edərək yarış iştirakçılarını və gələn qonaqları salamlayıb və bildirib ki, Rayon İcra Hakimiyyəti ilə QHT-lər və İctimai təşkilatların birgə əməkdaşlığı sayəsində bu tipli layihələr  tez-tez həyata keçirilir və bundan sonra daha da uğurla davam etdiriləcəkdir.
       Rəsmi hissə bitdikdən sonra final oyunu başlayıb. Final oyununun seçim turlarında ən yaxşı nəticə göstərən, Azərbaycanın 6 regionu və İsmayıllını təmsil edən 20 komanda intellektual mübarizəyə başlamışdır. Final mərhələsi çərçivəsində 1-ci yerə Şamaxı, 2-ci yerə Qəbələ və 3-cü yerə İsmayıllı rayonunu təmsil edən komandalar layiq görülüb. Regionlardan gələn və məktəblilərdən ibarət olan komandaları həvəsləndirmək üçün onlara iştiraklarına görə sertifikatlar təqdim edilib. Həmçinin qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Keçidlər