Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı sakinləri 20 yanvar Şəhidlərini böyük ehtiramla yad etdilər.

21 yanvar 2019 | 16:00

Şəhər saat 8-dən başlayaraq şəhərin mərkəzi meydanında quraşdırılmış monitorda hüznlü musiqilər səsləndirilir, 20 yanavar faciəsini,əksi olan filmlər nümayiş etdirilirdi.
   “Şəhidlər xiyabanı”na ziyarətə minlərlə şəhər sakini gəlmişdi.  Saat 10-da başlanan ziyarətin ön cərgələrində rayon rəhbərliyi, Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri gedirdi. Şəhidlər xiyabanında dəfn olunan şəhidlərin ailə üzvləri, valideyinləri, qohumları da burada idilər, ziyarətçilərdən başsağlığı qəbul edirdilər.
     İki saatdan çox davam edən mərasimdən sonra ziyarətçilərin bir qrupu şəhər  mədəniyyət mərkəzinə gəlib. Burada 20 yanvar faciəsinin dəhşətlərini və vətən övladlarının  dəyanətini, vətənpərvərliyini, cəsurluğunu, igidliyini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Əvvəlcə səsləndirilən həyacan siqnalı dinlənilib, bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edilib, sonra kompozisiyaya baxılıb.

 Şəhidlər Xiyabanına Ziyarət 

20 yanvar şəhidlərinə həsr olunmuş tamaşa

Keçidlər