Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayon Ağsaqqallar şurasının iclası keçirilib

05 fevral 2019 | 16:00

Heydər Əliyev Mərkəzində rayon Ağsaqqallar Şurasının iclası keçirilib. Gündəliyə şuranın idarə heyətinin və şura sədrinin seçilməsi məsələsi daxil edilib.
Rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova qeyd edib ki, uzun illər şuraya rəhbərlik edən İnqilab Həsənov ərizə verərək, səhhəti ilə əlaqədar bu ictimai vəzifəni icra etməkdə çətinlik çəkdiyini bildirib. Odur ki, şura onun ərizəsini nəzərə almalı  yeni idarə heyəti və sədr seçməlidir.
Sonra İsmayıllı Rayon İcra Hkimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək, şura iclasının iştirakçıları adından İnqilab Həsənova təşəkkürünü bildirib. Ölkənin və rayonun ictimai-siyasi, ideoloji, iqtisadi durumu barədə ətraflı danışan başçı ağsaqqalların bu işlərdə fəal iştirakları olduğundan razılıq edib. Bir çox məsələlərin həllində ağsaqqalların mövqeyinə, məsləhətlərinə hər zaman ehtiyac olduğunu bildirib.
15 nəfərdən ibarət rayon Ağsaqqallar Şurasının idarə heyəti və üzvlərin yekdil səsi ilə dövlət qulluğu veteranı Valeh Salehov Şuranın sədri seçilib.

Keçidlər