Şriftin ölçüsü :

Saytın rəngi :

Mübariz İbrahimovun doğum günü

07 fevral 2019 | 16:00

07 fevral 2019-cu il saat 10:00- da  İsmayıllı rayon İcra Hakimiyyəti və İsmayıllı rayon Gənclər və İdman idarəsinin  birgə təşkilatçılığı ilə  Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə bağlı,Heydər Əliyev adına Mərkəzi Meydandan,Şəhidlər Xiyabanına doğru yürüş təşkil edilmişdir. Yürüşdə  İsmayıllı Rayon İcra Hakimiyyəti Aparatının,təhsil şöbəsinin məsul işçiləri, Qarabağ əlilləri,rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecin və İsmayıllı Peşə Tədris Mərkəzinin  tələbələri və rayon məktəbliləri  iştirak ediblər.
Yürüşün sonunda  İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov  Mübariz İbrahimovun tərcümeyi-halı, keçdiyi döyüş yolu və misilsiz qəhrəmanlıq şücaəti, vətənpərvərliyi   barədə gənclərə geniş məlumat verdi.Həmçinin yürüşdə iştirak edən gənclər qarşısında rayon İcra Hakimiyyətinin məhsul işçisi Namiq Kərimov,Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Vidadi Zərbiyev və Qarabağ əlili Əlisahab Əzizov çıxış edərək dərin hörmətlə Mübariz İbrahimovun vətənpərvərliyi,qəhramanlıqları barədə geniş nitq söylədilər.Sonda qeyd edildi ki, Mübarizin qəhrəmanlığı və əziz xatirəsi nəinki doğulub boya-başa çatdığı Biləsuvar rayonunda, eyni zamanda bütün türk dünyasında anılır.
İsmayıllı gəncləri Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək, şəhid olmuş vətən övladlarının ruhu qarşısında özlərini həmişə borclu bilirlər. Bu borcu müxtəlif formalı, zəngin  məzmunlu tədbirlərlə anım və xatirə günləri, yürüşlər,ziyarətlər, ədəbi-bədii kompozisiyalar və flaşmoblarla yerinə yetiriblər.

Keçidlər