Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi idman oyunları üzrə rayon birinciliyi

15 mart 2019 | 16:00

15 mart 2019-cu il tarixdə   rayonun  tam orta məktəblərinin VIII və X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilib. Tədbirin  açılış mərhələsi  əsasnaməyə uyğun olaraq   Heydər Əliyev Mərkəzi qarşısındakı meydanda, digər mərhələsi  isə şəhər 3 nömrəli məktəb - liseyin bazasında keçirilib.  İsmayıllı  rayon Gənclər və İdman idarəsi  ilə Təhsil şöbəsi tərəfindən birgə təşkil olunan birincilik “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1. bəndinin 5.1.9. yarımbəndinin icrasının təmin edilməsi, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, şagirdlərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi və yarışın zona mərhələsində iştirak edəcək komandanın müəyyənləşdirilməsi məqsədi daşıyıb. Tədbiri Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açaraq yarışın məqsəd və mahiyyəti barədə məlumat verib. Rayon İcra Hakimiyyəti başçısının  müavini Sevil Əhmədova, İsmayıllı rayon Veteranlar  Şurasının sədri Əlaləm Babayev çıxış edərək “Şahin” hərbi idman oyunlarının gənclərin orduya hazırlanmasında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb etdiyini deyiblər. Sevil Əhmədova rayon gənclər və idman idarəsinin, rayon təhsil şöbəsinin bu sahəyə xüsusi diqqətlə yanaşdığını qeyd edib, iştirakçılara uğurlar arzulayıb.  
İştirakçı komandalar müxtəlif mərhələlər üzrə bacarıqlarını nümayiş etdiriblər. Ən yüksək nəticə ilə I yeri qazanan Diyallı kənd tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyununun Göyçay  şəhərində keçiriləcək zona mərhələsində iştirak etmək hüququ əldə edib. İsmayıllı  şəhər 1 nömrəli tam orta məktəbin komandası II  yerə,              6 nömrəli  tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Yer tutan komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom   və  hədiyyələrlə mükafatlandırılıb.

Keçidlər