Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda könüllülük fəaliyyətinə qoşulan gənclərlə görüşlər keçirilib.

15 mart 2019 | 16:00

14 mart 2019-cu il tarixdə İsmayıllı Heydər Əliyev Mərkəzi və Dövlət Humanitar Texnalogiya Kollecində  könüllülük fəaliyyətinə qoşulan gənclərlə görüşlər keçirilib. Görüşlər ölkə Prezidenti Cənab İlham Əliyevin 2019-cu il fevral ayının 1-də Azərbaycan Gənclər Gününə həsr olunmuş toplantıdakı çıxışında  qarşıya qoyulan tapşırıqların geniş təşviq olunması məqsədi daşıyıb.
Görüş zamanı könüllülük fəaliyyətinin əsas prinsipləri, mahiyyəti, səmərələliyi barəsində geniş məlumatlar verilib. Könüllülük fəaliyyətinə qoşulan gənclər arasında anket sorğusu keçirilib.

Keçidlər