Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ərəfəsində kənd təsərrüfatı yarmarkası fəaliyyətə başlayıb

16 mart 2019 | 16:00

Novruz bayramı ərəfəsində rayon əhalisinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi və süni qiymət artımının qarşısının alınması məqsədilə 16 mart 2019-cu il tarixdə İsmayıllı şəhər ərazisində yerləşən “Yaşıl Market” bazarında kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir.
Yarmarkada rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və bələdiyyələrin ərazilərində kənd zəhmətkeşləri tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsulları satışa çıxarılmışdır.
Yarmarka 17 mart 2019-cu il tarixdə də davam edəcəkdir.

Keçidlər