Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadəyə həsr olunmuş kitabın müzakirəsi keçirilib.

03 aprel 2019 | 16:00

Dörd günlük müharibə adlanan Aprel döyüşlərindən bizi üç illik bir zaman məsafəsi ayırır.Bu döyüşlərdə qəhrəmanlıq göstərib şəhid olan Azərbaycan övladlarının xatirəsi anılır, onlara həsr olunmuş tədbirlər keçirilir.

İsmayıllı Mərkəzləşdirilmiş Kitabxana Sistemi əməkdaşları da həmyerilmiz, Aprel döyüşlərində şücaət göstərib qəhrəmanlıqla həlak olmuş Mikayıl Vahabzadəyə həsr olunmuş yazıçı-jurnalist Lətifə Əliyevanın “Şəhidliyə aparan sevgi” kitabının müzakirəsini keçirib. 3 aprel tarixində uşaq kitabxanasının zalında keçirilən tədbirdə şəhidin valideyinləri,yaxın qohumları,İsmayıllı Yazarları İctimai-Ədəbi Birliyi və “Dağ çiçəkləri” məclisinin üzvləri,ictimaiyyət nümayəndələri,gənclər iştirak edib.

Tədbirdə “Şəhidliyə aparan sevgi” kitabının məziyyətləri, Mikayıl Vahabzadənin döyüş yolu haqqında danışılıb. “Qoşa ruhlar” filmi nümayiş olunub, şəhidlərimizə həsr olunmuş şeirlər söylənilib.

Keçidlər