Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda təmizlik aylığı keçiriləcək

09 aprel 2019 | 16:00

İsmayıllı rayonu ərazisində  10 aprel- 10 may tarixləində  Ümumilli lider  Heydər Əliyevin xatirəsinə həsr olunmuş təmizlik aylığı keçiriləcəkdir. Bu məqsədlə Mədəniyyət Mərkəzinin zalında ümumrayon müşavirəsi keçirilmişdir. Rayon icra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müşavirədə təmizlik aylığının  keçirilməsi ilə əlaqədar iştirakçılara geniş məlumat verib. RİH başçısının birinci müavini Rövşən Ağayev iştirakçıları təmizlik aylığının tədbirlər planı ilə tanış edib.
Çıxışçılar Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Ziya Cəbrayılov, şəhər bələdiyyəsinin sədri Pərviz Ağayev, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Mehman Cəfərov, Kommunal Müəssisələr Kombinatının direktoru Vidadi Məmmədov təmizlik aylığında görüləcək işlərdən danışıb.

Keçidlər