Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadənin məzarı ziyarət olunub

09 aprel 2019 | 16:00

İsmayıllı rayonunun Maçaxı kəndində rayon ictimaiyyəti nümüyəndələrinin, gənclərin, veteranların, Maçaxı və Tircan kənd sakinlərinin iştirakı ilə Aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadənin məzarı ziyarət olunub.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova Mikayılın Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıq barədə danışıb, onun daima qəlblərdə yaşayacağını deyib. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasət və güclü Ordumuz sayəsində işğal olunmuş torpaqlarımızın tezliklə azad olacağına əminliyini ifadə edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin rəisi,polkovnik-leytenant Xamis Bədəlov  Aprel döyüşlərini qələbəmizin başlanğıcı kimi dəyərləndirib və şəhidin valideynlərinə dərin ehtiramını bildirib.
Daha sonra Mikayıl Vahabzadəyə həsr olunmuş kitabın müəllifi Lətifə Əliyeva,  Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri Hafiz Kərimov və Qarabağ döyüşlərində iştirak etmiş “Azərbaycan Bayrağı” ordenli ehtiyatda olan polkovnik-leytenant Eynulla Bağırov çıxış edərək Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş bütün şəhidlərimizin gənclər üçün örnək olduğunu və Mikayıl kimi qəhrəmanlarımızla fəxr etdiklərini deyiblər.
Şagirdlər  Mikayıl Vahabzadənin qəhrəmanlığına həsr olunmuş şeirlər ifa ediblər.
Tədbirin sonunda şəhid Mikayıl Vahabzadənin dayısı Taleh Şəfiyev çıxış edərək tədbirdə iştirak edən hər bir kəsə dərin minnətdarlığını bildirib.

Keçidlər