Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Milli qəhrəmanların təbliği ilə bağlı tədbir keçirilib.

17 aprel 2019 | 16:00

17 aprel 2019-cu il tarixdə İsmayıllı şəhəri 5 syalı tam orta məktəbdə "Maarifçi Gənclər" İctimai Birliyinin əməkdaşı ilə birgə "Milli qəhrəmanlarımızın orta ümumtəhsil məktəblərində şagirdlərin arasında təbliği" mövzusunda tədbir keçirildi.
         Tədbiri şəhər 5 saylı tam orta məktəb direktoru Elçin Məmmədov açaraq şagirdlərə Milli qəhrəmanlarımızın dərslərində təbliğ edilməsinin vacibliyini bildirdi.
İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov çıxış edərək milli qəhrəmanlarımızın xalqımızın, o cümlədən gənclərin bizim üçün nümunə olmalarını və İsmayıllıdan olan Milli qəhrəmanlarımız haqqında şagirdlərə məlumat verb.
"Maarifçi Gənclər" İctimai Birliyinin əməkdaşı Azad Həmzəyev çıxış edərək müxtəlif bölgələrdə döyüşərək müstəqilliyimizi uğrunda canından keçmiş qəhrəmanlarımız haqqında şagirdlərə geniş məlumat verib. İctimai Birliyin tərtib etdiyi "Milli Qəhrəmanlarımız" adlı kitab və bukletlər şagirdlərə təqdim edildi.

Keçidlər