Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbirlər keçirilib

26 aprel 2019 | 16:00

Kürdmaşı kənd tam orta məktəbi və kənd həkim məntəqəsinin birgə təşkilatçılığı, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehovun, rayon Gigiyena və epidemiologiya mərkəzinin direktoru Xanlar Qəmbərovun iştirakı ilə akademik, Azərbaycan oftalmologiyasını beynəlxalq miqyasda tanıdan Zərifə xanım Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
Kürdmaşı tam orta məktəbinin direktor müavini Dürdanə İskəndərova tədbiri açıb, akademik Zərifə Əliyevanı sədaqətli həyat yoldaşı, Azərbaycan analarının ümumiləşmiş obrazı, qayğıkeş həkim, milli-mənəvi dəyərlərin daşıyıcısı olan xanım, oftalmologiya elminin aparıcı mütəxəssisi kimi xarakterizə edib. Zərifə xanıma həsr olunmuş filmə baxılıb.
Kürdmaşı kənd həkim məntəqəsinin müdiri Qızxanım Əliyeva Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məruzə edib.
Məktəbin direktoru Məhəbbət Qəmbərova və gənc müəllim Nübar Dəmirovanın akademik barədə maraqlı çıxışları dinlənilib.
Şagird kollektivinin Zərifə xanım Əliyevaya həsr etdiyi estetik dəyərli, zəngin məzmunlu ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Basqal qəsəbəsi, İvanovka, Gəndov, Topçu və Qalacıq kəndlərində də bu mövzuda tədbirlər keçirilib.

Keçidlər