Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda ümumrayon iməcliyi keçirilib.

27 aprel 2019 | 16:00

İsmayıllı rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş təmizlik aylığı davam edir. Təmizlik aylığı aprel ayının 10-nundan başlayıb may ayının 10-na kimi davam edəcək. 27 aprel 2019-cu il tarixdə təmizlik aylığı çərçivəsində  rayon ərazisində ümumrayon iməcliyi və Akademik  Zərifə Əliyevanın anadan olmasının 96-cı il dönümünə həsr olunmuş ağacəkmə kompaniyası keçirilib.
Rayonun bütün yaşayış məntəqələrində, şəhər daxilində  təmizlik işləri aparılıb, magistral yol kənarlarının təmizlənməsi və zibilliklərin ləğv edilməsi istiqqamətində işlər aparılıb.
Akademik  Zərifə Əliyevanın anadan olmasının 96-cı il dönümünə həsr olunmuş ağacəkmə kompaniyası çərçivəsində şəhər ərazisində salınmış “Aprel zəfəri” parkında yeni ağaclar əkilib, eini zamanda bütün yaşıllıq zonalarında ağacların gövdələri  ağardılıb, yeni ağaclar əkilib və digər abadlıq işləri görülüb.

Keçidlər