Şriftin ölçüsü :

Saytın rəngi :

“Lahıc folklor kollektivi”nə “Xalq kollektivi” statusu verilib

29 aprel 2019 | 16:00

Azərbaycanın qədim tarixə malik xalq yaradıcılığı və qeyri-maddi mədəni irsinin qorunması, zənginləşdirilməsi və təbliğində bədii öz fəaliyyət kollektivləri, dərnəkləri və birliklərin xüsusi rolu vardır.
Bu baxımdan “Lahıc folklor kollektivi” daha geniş yaradıcılıq imkanları və potensialına malikdir. Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev belə bədii kollektivlərin dəstəklənməsini, yenilərinin yaradılmasını məqsədəuyğun hesab edərək “Lahıc folklor kollektivi”nə “Xalq kollektivi” statusu verilməsi barədə əmr imzalamışdır.
Xalq yaradıcılığının folklor istiqamətinə verilən yüksək qiymətə görə Lahıc sakinləri öz razılıqlarını və təşəkkürlərini bildirirlər.

Keçidlər