Şriftin ölçüsü :

Saytın rəngi :

Din xadimlərinin toplantısı keçirilib

03 may 2019 | 16:00

İlahi hikmətlər xəzinəsi olan “Qurani-Kərim”in insanlara nazil olduğu müqəddəs Ramazan ayı bəşəriyyətin yaddaşında dərin iz qoyan mübarək aylardandır.İslam dünyasının ayrılmaz parçası olan Azərbaycanda da Ramazan ayı günlərində müsəlmanlarımız din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirməyə həmişə hazır olduqlarını nümayiş etdiriblər.
Azərbaycan MEA Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. Niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.
Hazırda müqəddəs ayın başlanmasına cəmi bir neçə gün qalıb. Bu münasibətlə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şuranın Fətvası verilib.
Bu münasibətlə İsmayıllı “Cümə” məscidində din xadimlərinin toplantısı keçirilib. Məscidin dini icma sədri Vasif Teymurov QMİ Qazılar Şurası və Elmi-Dini Şuranın Fətvası ilə din xadimlərini tanış edib, müvafiq tövsiyələr verib.
Tədbirdə iştirak edən rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, RİH başçısı aparatının nümayəndəsi Murad Məhərrəmov, Məhəmmədiyyə məscidinin axundu Elnur Yusifov dindarlar qarşısında çıxış ediblər. Din sahəsində ölkə Prezidentinin apardığı uğurlu siyasətdən, Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizm ənənələrindən, müqəddəs Ramazan ayının fəzilətlərindən danışıblar. Rayondakı mövcud dini durum barədə məlumat verilib, maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi vurğulanıb.

Keçidlər