Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Talıstan və İstisu kəndlərində keçirilib.

08 may 2019 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar rayonun Talıstan və İstisu  kəndlərində “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi keçirilib.
Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub.
          “Heydər Əliyev Azərbaycanın xilaskarı, dövlətçiliyinin təminatçısıdır” mövzusunda keçirilən məşğələni giriş nitqi ilə Talıstan kənd tam orta məktəbinin  direktoru Aydın Əzizov  açıb.  Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.
İdarəetmə məktəbinin məşğələsində  həmin məktəbin tarix müəllimi Tamam Cəbiyeva, Təzəkənd kənd tam orta məktəbinin  tarix müəllimi Hacalı Səlimov və Cülyan kənd tam orta məktəbinin tarix müəllimi Dilqəm Əzimov  çıxış ediblər.
           Diyallı, Talıstan, Cülyan və Təzəkənd kəndində iştirakçılar  mövzu ətrafında çıxış ediblər.
Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, RİH-nin məsul işçisi Gülnarə Mirzəliyeva və RTŞ-nin baş məsləhətçisi Ramiz Baloğlanov mövzu ətrafında dinləyicilərlə fikirlərini bölüşüblər.
Məktəbin şagirdləri ulu öndərin ruhuna layıq şeirlər və mahnılar  söyləyiblər.
      
                         **********************************************

İstisu kəndində də məşğələ uğurla keçib. İştirakçılar Ümummilli liderin Azərbaycan xalqının xilaskarı olduğunu, dövlət və dövlətçiliyimizi qoruyub saxladığını diqqətlə çatdırıblar.
Məktəb direktoru Zamin Allahverdiyev, Qalacıq tam orta məktəbin tarix müəllimi Bədir Bədirov,Sumağallı tam orta məktəbin tarix müəllimi Rza Salahov, İstisu tam orta məktəbin tarix müəllimi Cavanşir Xəlilov və Rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov  mövzu ətrafında çıxış ediblər.
RİH-nin nümayəndəsi Nəsimi Teymurov ümummilli liderin xilaskarlıq missiyası haqqında danışıb. Azərbaycançılıq ideologiyasının inkişaf etdirdiyini diqqətə çatdırıb. Tədbirin sonunda  Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.

Keçidlər