Şriftin ölçüsü :

Saytın rəngi :

Qalagah kəndində RİH başçısı Mirdaməd Sadıqov sakinlərlə görüşüb

11 may 2019 | 16:00

Əhalinin əsas hissəsini Qərbi Azərbaycandan gələn soydaşlarımızın təşkil etdiyi Qalagah kəndinin sosial problemləri müvəffəqiyyətlə  həll edilir, insanlarda təbii olaraq razılıq yaranır.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sakinlərlə görüşərkən uğurlu işlərdən daha çox danışılıb, bəzi həllinə ehtiyac duyulan məsələlər barədə xahişlər edilib.
Görüşü giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov rayonda cənab Prezident İlham Əliyevin Sərəncamları əsasında icra olunan böyük layihələrdən, rayonun müxtəlif istiqamətli inkişafını təmin edəcək strateji yol xəritələrindən, yerlərdə sosial-iqtisadi problemlərin ardıcıl olaraq uğurla həllindən danışıb.
Pensiyaçı müəllim Şahmalı Salmanov ölkə rəhbərinə xalqa qayğılı münasibətinə, hər bir bölgənin, hər bir vətəndaşın həyatının təminatçısı olduğuna görə Qalagah sakinləri adından minnətdarlığını bildirib. Kəndə qaz çəkilişinin insanların ən böyük sevincinə səbəb olduğunu deyib.
Mikayılov Sadıq yerlərdə keçirilən və həmişə müsbət nəticəli olan görüş-qəbulların hamı tərəfindən təqdir olunduğunu deyib.
İştirakçılar su və enerji təchizatının yaxşılaşdırılması, yolun təmiri və yol işarələrinin bərpası, subartezian quyusuna mühərrik və nasosun qoyulması, digər başqa məsələlər barədə təkliflərini bildiriblər.
Qəbulda Prezident Administrasiyasının məsul işçisi Qalib Əsgərov iştirak edib.

Keçidlər