Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda ümummilli liderin anadan olmasının 96-cı ildönümnə həsr olunmuş tədbirlər keçirilib.

10 may 2019 | 16:00

10 may 2019-cu il  tarixdə Heydər Əliyev adına  Mərkəzi Meydanda Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə  həsr olunmuş təntənəli “Oxu bayramı” keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, hüquq – mühafizə orqanın rəhbərləri, idarə və müəssisə rəhbərlərinin işçiləri,  təhsil müəssisələrinin tələbə və şagirdləri, müəllim və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və ağsaqqallar iştirak ediblər.
Tədbir  Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyulma ilə başlanıb və Rayon Mədəniyyət Mərkəzinin qarşısında  Mərkəzi Kitabxananın hazırladığı  “Oxu bayramı” ilə davam etdirilib. Tədbirdə Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən rəsm, kitab sərgisi və  kompozisiyalar nümayiş olunub. İfa olunmuş mahnılar, şeirlər tədbiri bir qədər də rəngarəng edib. Tədbir Turizm bazarında xalq sənətkarlıq nümunələrinin nümayişi  ilə davam etdirilib.
İsmayıllı rayon  Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında  “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda Heydər Əliyev İdarəetmə məktəbinin növbəti məşğələsi keçirilib.

Keçidlər