Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı” çərcivəsində tədbir keçirilib

23 may 2019 | 16:00

İsmayillı Rayon İcra Hakimiyyəti hər il olduğu kimi bu il də “İnsan Hüquqları Aylığı” çərçivəsində müxtəlif tədbirlər keçirməkdə davam edir. İsmayıllı Mərkəzləşdirilmiş kitabxana sisteminin iclas zalında 23.05.2019-cu il tarixdə “Cəmiyyətdə İnsan hüquqlarının və azadlıqlarının təminatı” mövzusunda keçirilmiş seminar belə tədbirlərdən olub.

Tədbiri giriş sözü ilə RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova açıb. Hüquq şöbəsinin məsləhətçisi Rasim Rəhimov İnsan Hüquqları aylığı barəsində ətraflı məlumat verib. İsmayıllı Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Könül Baxışova da mövzu ətrafında danışıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər