Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda əlillərlə görüş keçirilib.

25 may 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin minimum əmək haqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müharibə və əmək veteranlarının, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, ümumi səbəbdən əlil olanların pensiya və müavinətlərinin artırılması barədə Sərəncam və tapşırıqları ölkə vətəndaşlarının sosial müdafiəsinin, rifah halının yüksəldilməsinə yönəldilmişdir.

Bu istiqamətdə ölkədə mühüm və əhəmiyyətli tədbirlər həyata keçirilir, əhalinin aztəminatlı təbəqəsinin sosial həyat şəraitinin yüksəldilməsi istiqamətində atılan addımların davamlı olacağı barədə əhali arasında izahat işləri aparılır.
Rayon rəhbərliyinin tapşırığına əsasən rayonda Qarabağ müharibəsi, hərbi, əmək, müharibə əlilləri və veteranları, ümumi səbəbdən əlil olanlarla görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, bu görüş onun təşəbbüsü əsasında həyata keçirilir. Ona görə ki, əlillərin istək və arzuları, problemləri ilə daha yaxından tanış olmaq günün vacib məsələlərindəndir. Bu günə qədər də əlillərə kömək olunub, yardımlar göstərilib, problemləri həll edilib. Lakin onların özünü eşitmək, daha yaxından ünsiyyətdə olmaq, bu sahə üzrə dövlət qurumlarını, cavabdeh şəxsləri əlillərin daha rahat yaşamasına cəlb etmək əsas vəzifəmiz olaraq qarşımızda durur. Rayonda 7300 dən yuxarı əlil var. Bunların 450 nəfəri I qrup, 4200 nəfərdən yuxarı isə II qrup əlillərdir. Digər kateqoriyalar üzrə əlillər də var. Rayonun bütün dövlət qurumları, ictimai təşkilatlar, xeyriyyəçi insanlar əlillərə yardımçı olmalı, köməklik göstərməlidirlər. Təəssüf ki, bu sahə üzrə fəaliyyətimiz tam qənaətbəxş hesab edilə bilməz.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri K.Muradov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi A.Əsədov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və başqaları çıxış edərək əlillərlə aparılan iş, həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Sonra isə müxtəlif kateqoriyalardan olan əlillərin çıxışları dinlənilib, onları maraqlandıran, həyat və yaşayış tərzlərini asanlaşdıran məsələlər müzakirə olunub, köməklik göstərilməsi yolları müəyyənləşdirilib. Ən çox təkliflər əlil arabalarının alınması, ev tikintisi, torpaq məsələləri, protezləşməyə köməklik göstərilməsi, su, işıq, qaz ödənişləri ilə bağlı olub.
Məsələləri ardıcıl tənzimləmək, əlillərlə daha yaxından ünsiyyət qurmaq, onların problemlərinin həllini vaxtında həyata keçirmək, aid qurumlar qarşısında məsələ qaldırmaq məqsədilə 15 nəfərdən ibarət işçi qurupu-komissiya yaradılıb.
Əlillərə bildirilib ki, onlar öz problemləri, istək və arzuları barədə 164 nömrəli qaynar xətt vasitəsi ilə də Rayon İcra Hakimiyyətinə məlumatlar ötürə bilərlər. Bu cür tədbirlərin ardıcıl keçiriləcəyi, görülmüş işlər barədə hesabatlar dinləniləcəyi əlillərin diqqətinə çatdırılıb.

Keçidlər