Şriftin ölçüsü :

Saytın rəngi :

YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilib

27 may 2019 | 16:00

25  may 2019-cu il tarixdə YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin V  hesabat-seçki konfransı keçirilib.
Əvvəlcə Rayon rəhbərliyi, YAP rayon təşkilatı, qabaqcıl gənclər tərəfindən Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.
Gənclərin əl işlərindən ibarət sərgiya baxış keçirdilər.
Konfransı YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova  açıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildiyi vurğulanıb. Gənclərimiz bütün çağırışlara lazımi şəkildə cavab vermək, göstərilən etimadı doğrultmaq, müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi naminə həyata keçirilən  quruculuq prosesində fəal iştirak etmək, müasir Azərbaycanın gəncləri olaraq özlərini cəmiyyətin fəal təbəqəsi kimi təsdiqləmək, Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək iqtidarında qeyd olunub.
GB-nin sədr müavini  Qönçə Ağazadə hesabat məruzəsi ilə çıxış edib. Gənc fəallar  Ülvü Şamilov, Sevinc Novruzova, Mehman Cəfərov və Gülşən İldırımlı çıxış edərək hesabat dövründə rayon təşkilatının sosial bazasının daha da genişləndiyini qeyd ediblər. Onlar razılıq hissi ilə bildirdilər ki, rayonda böyük işlər görülüb, insanlara diqqət və qayğı artıb,  sosial problemlərinin həlli istiqamətində ciddi dönüş yaranıb, rahat avtomobil yolları çəkilib, yeni məktəb binaları, uşaq bağçaları, mühüm infrastruktur obyektlər inşa olunub. Bütün bunları, rayonun sosial-iqtisadi inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə Dövlət Başçısının töhfəsi kimi qiymətləndirilib.
Konfransda Milli Məclisin deputatları Novruzəli Aslanov, Sabir Hacıyev, Azərbaycan Dillər Universitetinin  rektoru, akademik Kamal Abdulla, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və   İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, YAP İsmayıllı rayon təşkilatının şura üzvü Mirdaməd Sadıqov çıxış ediblər.
Konfransda YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olunub.
       Konfransda YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin 17 nəfərdən ibarət Şurası və 9 nəfərdən ibarət idarə heyəti üzvlərinin tərkibi müəyyənləşdirilib.
Ariz Həsənov səsvermə yolu ilə YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin sədri vəzifəsinə seçilib. Yeni Azərbyacan Partiyası Gənclər Birliyinin  konfransına 2 nəfər nümayəndə seçilib.                 
          Azərbaycan  Respublikasının  Prezidenti,  Yeni  Azərbaycan  Partiyasının  sədri  cənab İlham  Əliyevə YAP İsmayıllı rayon  təşkilatı  Gənclər  Birliyinin  konfrans iştirakçıları adından müraciət  qəbul  olunub.
   Tədbirin sonunda partiya sıralarına daxil olmuş bir qrup gəncə  üzvlük vəsiqələri təqdim olunub.

Keçidlər