Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti görüş-qəbul Qalınçaq kəndində olub

22 iyun 2019 | 16:00

Hər həftə kəndlərdə sakinlərlə səyyar  görüş-qəbullar keçirən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı 21 iyun 2019-cu il tarixdə Qalınçaq kənd sakinləri ilə görüşüb. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri iştirak edib. RİH başçısı əvvəlcə ölkədə və rayonda olan yeniliklər, iqtisadi inkişafla bağlı görülən işlər və nəzərdə tutulan layihələr barədə kənd sakinlərinə ətraflı məlumat verib.
Kənd sakinləri onları nərahat edən problemlərlə bağlı RİH başçısına müraciət ediblər. Qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı aidiyyatı üzrə tapşırıqlarını verib. RİH başçısı aparatının məsul işçiləri tapşırıqların icrasını nəzarətə götürüblər.

Keçidlər