Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının növbəti görüş-qəbulu Tircan kəndində keçirilib

05 iyul 2019 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun sakinlərlə növbəti görüş-qəbulu üçün məkan Tircan kəndi, zaman 5 iyul 2019-cu il saat 16 seçilmişdi.
Tircan tam orta məktəbinin foyesində keçirilən tədbirə rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, xidmət idarələrinin müdirləri gəlmişdilər.
Görüş-qəbulu giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncam, tapşırıq və göstərişləri əsasında görülən işlərdən, həyata keçirilən layihələrdən, yeni yolların tikintisi şəbəkəsinin genişlənməsindən ətraflı danışıb. Qeyd edib ki, Tircan da zəlzələdən ziyan çəkən kəndlər sırasındadır. Dövlətimizin, ölkə rəhbərinin qayğısı buranı da tam əhatə edir. Tircandan evinə dəyən ziyanın ödənməsi ilə əlaqədar 137 sakin müraciət edib. Fövqəladə Hallar Nazirliyinin rayonda fəaliyyət göstərən komissiyası monitorinqlər nəticəsində  103 evin qənaətbəxş, 11-nin bərpaya, 23-nün isə təmirə ehtiyaclı olduğunu müəyyənləşdirib.
Digər ölkələrdə rast gəlinməyən bir humanist, mərhəmətli, qayğılı münasibətdir ki, bu, cənab Prezident tərəfindən xalqa göstərilir. Biz bütün bunlara görə cənab Prezidentə dərindən minnətdarlığımızı bildiririk.
Muğanlı-İsmayıllı magistral yoldan Tircana ayrılan hissə uzun müddət idi ki, yararsız vəziyyətə düşmüşdü. Tircan İnzibati Ərazi Dairəsinə daxil olan, aprel döyüşlərində şəhid olmuş soydaşımızın doğum məkanı olan Maçaxı kəndinin yolu da nəqliyyatın normal hərəkətinə imkan vermirdi. İndi magistraldan Tircana, oradan da Maçaxıya rahat yol çəkilir. Qeyd etdiklərim bir daha onu göstərir ki, ölkəmizin hər bir vətəndaşı, hər bir kəndi və rayonu ölkə rəhbərinin diqqəti və qayğısı əhatəsindədir.
Görüş-qəbulun iştirakçıları Qasımkənd məhləsinə yol çəkilməsini, enerji təchizatını yaxşılaşdırmaq üçün köhnə dirəklərin dəyişdirilməsini, artezian quyusu qazılmasını, perspektiv inkişaf üçün torpaq sahəsinin ayrılmasını, enerji daşıyıcı xətlərin kabelləşdirilməsinin davam etdirilməsini, torpaqlardan qanunsuz istifadənin qarşısının alınması və sair məsələlər xahiş ediblər. Hər bir məsələ ilə əlaqədar məsul şəxslərə konkret tapşırıqlar verilib, qanuna əsaslanan məsləhətlər səsləndirilib.

Keçidlər