Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • İsmayıllı rayon komandası respublikada III old...

    İsmayıllı rayon komandası respublikada III oldu

    2016-07-02

    2 iyul 2016-cı il tarixində Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNİCEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş "Gənc xilasedici" IV Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" V Ümumrespublika birinciliyinə yekun vurulmuşdur. Yekun tədbirlərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, təhsil nazirinin müavini Firidun Qurbanov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak etmişlər. Əvvəlcə, gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş etdirilmişdir. Sonra nazir Kəmaləddin Heydərovun rəhbərliyi və komanda kapitanlarının iştirakı ilə Qəbələ Mədəniyyət Mərkəzində “dəyirmi masa” keçirilmişdir. Keçirilən yarışların gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə qazanmalarına geniş imkanlar açacağını diqqətə çatdıran nazir belə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulamışlar.

  • İsmayıllı RİH-nin başçısı yanında Şura i...

    İsmayıllı RİH-nin başçısı yanında Şura iclasında vacib məsələlər müzakirə edilib

    2016-07-01

    İsmayıllı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclasında daha vacib iki məsələ müzakirə olunub. “UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil olan “Kəlağayı”, “Xalça” və “Lahıc misgərlik sənəti”nin qorunub saxlanması və onların inkişaf etdirilməsi sahəsində rayonda görülən işlər, qarşıda duran vəzifələr haqqında” məsələni şura iclasının müzakirəsinə RİH başçısının müavini Sevil Əhmədova təqdim edib. Xalq sənətkarlığı baxımından daha zəngin olan Lahıc və Basqal qəsəbələri üzrə icra nümayəndələri hesabat xarakterli çıxış ediblər. Digər məsul şəxslərin çıxışları dinlənilib.

  • Yaponiyanın VA- Liqa ansamblı İsmayıllıda

    Yaponiyanın VA- Liqa ansamblı İsmayıllıda

    2016-07-01

    Bir neçə ildir ki, İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasında qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələri yaradılmışdır. Multkulturalizm ili çərçivəsində Yaponiyanın VA-Liqa ansamblı da ənənəvi Yapon musiqi alətlərinin təqdimatını və konsert proqramını İsmayıllı rayonunun İvanovka kəndində keçirdi.

  • I Beynəlxalq Dolma Festivalında III yer

    I Beynəlxalq Dolma Festivalında III yer

    2016-07-01

    01 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Abşeron rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə Abşeron rayonunda I Beynəlxalq Dolma Festivalı keçirilmişdir. Festivalda bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300-dən çox dolma yeməkləri sərgilənmişdir. Festivalında İsmayıllı rayonu 9 adda dolma ilə yüksək səviyyədə təmsil olunmuş və Abşeron rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının tərəfindən Gicitkən dolması üzrə III yerə və bürünc medala layiq görülmüşdür. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan yeməklər də nümayiş olunmuşdur. İndoneziya və Ukraynadan da nümayəndələr iştirak etmiş və milli mətbəxlərinin yeməklərini sərgilənmişdir. Beynəlxalq festivalda türkdilli dövlətlərlə yanaşı, dünyanın bir neçə ölkəsindən gəlmiş qonaqlar da iştirak etmişdir.

  • Futbol üzrə rayon çempionatı davam edir.

    Futbol üzrə rayon çempionatı davam edir.

    2016-06-30

    6 iyun 2016-cı il tarixdən başlanan futbol üzrə rayon çempionatı uğurladavam edir. Hər gün 2 oyun (şəhərdə və kəndlərin birində) keçirilir.

  • “Azərbaycan - doğma diyar”

    “Azərbaycan - doğma diyar”

    2016-06-30

    28-30 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilmiş “Azərbaycan - doğma diyar” devizi altında Milli Azlıqların Ənənəvi V Respublika Festivalında İvanovka Xalq Folklor kollektivi və Lahıc Folklor kollektivi İsmayıllı rayonunu uğurla təmsil etmişdir. Hər iki folklor kollektivi uğurlu çıxışlarına görə diplomla təltif olunmuşdur. Ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması istiqamətində aparılan dövlət siyasətinin tərkib hissəsi olan festival beşinci dəfə gerçəkləşdi. Festival iyunun 30-da Heydər Əliyev Sarayında möhtəşəm qala-konsertlə başa çatdı.

  • Rayon İcra Hakimiyyəti başçısının aparat q...

    Rayon İcra Hakimiyyəti başçısının aparat qəbulu keçirilib

    2016-06-29

    29 iyun 2016-cı il tarixdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti aparat qəbulu keçirilib. RİH başçısının qəbulunda RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Qəbul zamanı rayonun müxtəlif ərazilərindən - İsmayıllı şəhəri, Xanagah, Quşencə, Qurbanəfəndi, Vəng, Kürdmaşı və Sumağallı kəndlərindən vətəndaşlar iştirak edib, onları narahat edən problemlərini səsləndiriblər.

  • “İslahatçı Gənclər” İctimai Birliyi İsm...

    “İslahatçı Gənclər” İctimai Birliyi İsmayıllıda konfrans keçirdi.

    2016-06-28

    Bu gün bütün dünyada dini radikalizm sürətlə yayılmaqda, dinin əsl mahiyyətindən uzaq olan bir sıra digər məqsədlər üçün istifadə cəhdləri çoxalmaqdadır. Xüsusilə gənclərin bu proseslərə alət kimi cəlb edilməsi cəhdləri davam etdirilir. Radikalizmi doğuran başlıca səbəblərdən biri din haqqında məlumatsızlıq və yalnış yönləndirilmələrdir.

  • İsmayıllıda 26 iyun- Silahlı Qüvvələr Gün...

    İsmayıllıda 26 iyun- Silahlı Qüvvələr Günü qeyd edildi

    2016-06-25

    Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü elan edilmişdir.Bu tarixi gün ölkəmizdə həmişə yüksək səviyyədə qeyd olunur, Azərbaycan xalqı Ali Baş Komandana, güclü ordumuza öz inam və etibarını ifadə edir.

  • İsmayıllıda güllə atıcılığı üzrə rayon...

    İsmayıllıda güllə atıcılığı üzrə rayon birinciliyi

    2016-06-24

    26 iyun-Silahlı Qüvvələr Günü hər bir azərbaycanlının həyatında əlamətdar günlərdən biridir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə həyata vəsiqə alan bu tarixi gün hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Rayonumuzda da Silahlı Qüvvələr günü ilə bağlı idman yarışları, müsabiqələr, turlar keçirilir. İyunun 24-də Rayon Gənclər İdman İdarəsinin və Qarbağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının birgə təşkilatçılığı ilə şəhər üç saylı məktəb-liseyin idman bazasında güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib. Yarışda 20 nəfərdən çox gənc idmançı, Qarabağ müharibəsi əlili və veteranı güllə atıcılığı üzrə öz qüvvəsini sınayıb.

  • “Birgə yaşayışın Azərbaycan modeli”

    “Birgə yaşayışın Azərbaycan modeli”

    2016-06-24

    24 iyun 2016-cı il tarixdə İsmayıllıda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qloballaşma Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyi Rayon İcra Hakimiyyəti ilə “Birgə yaşayışın Azərbaycan modeli” adlı layihənin icrası ilə bağlı tədbir keçirib.

  • Velosiped idman növü üzrə ölkə çempionatı ...

    Velosiped idman növü üzrə ölkə çempionatı İsmayıllıda keçirildi.

    2016-06-24

    21-24 iyun 2016-cı il tarixində Gənclər və İdman Nazirliyinin və Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə İsmayıllıda velosiped idman növünün fərdi və qrup ötüşmələri üzrə ölkə çempionatı keçirilib. İdmançılar İsmayıllı-Göyçay-Ağsu maşurutu üzrə yarışıblar.

  • Mədəniyyət və Turizm Şöbəsi diploma layiq g...

    Mədəniyyət və Turizm Şöbəsi diploma layiq görülmüşdür

    2016-06-24

    24 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə Xaçmaz rayonunda keçirilən “Multikultural dəyərləri yaşadaq” adlı Beynəlxalq Festivalda, “Azərbaycan-dünya multikulturalizminin ünvalarından biridir” adlı sərgidə və “Multikuturalizmə alternativ yox” adlı elmi-praktik konfransda İsmayıllı rayonu da iştirak etmişdir. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsi tədbirdə fəal iştirakına görə diploma layiq görülmüşdür.

  • Rövşən Ağayev “Dövlət qulluğunda fərqlə...

    Rövşən Ağayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub

    2016-06-23

    Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif olunub. Təltif olunanlar siyahısında İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Ağayev Rövşən Rahib oğlunun da adı var. Bu münasibətlə Rayon İcra Hakimiyyəti Aparatı adından Rövşən Ağayevi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq

  • İsmayıllıda Dövlət Qulluqçuları günü bayr...

    İsmayıllıda Dövlət Qulluqçuları günü bayram edilib.

    2016-06-23

    Rayonda 295 nəfər dövlət qulluqçusu fəaliyyət göstərir. Onların 65 nəfəri qadındır. Dövlət qulluqçuları sırasında gənclərin sayı üstünlük təşkil edir. 7 nəfər dövlət quluqçusu ötən illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə ” medalı ilə təltif olunub. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev belə şərəfə builki bayram ərəfəsində çatıb.

  • Tağlabiyan kəndində görüş-qəbul

    Tağlabiyan kəndində görüş-qəbul

    2016-06-21

    21 iyun 2016-cı il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Tağlabiyan kəndində görüş-qəbul keçirmişdir. Görüşdə aidiyyəti idarə və müəssisə rəhbərləri iştirak etmişdir. Sakinlərin ümumi və fərdi problemlərini dinlətən M.Sadıqov aidiyyəti qurumlara tapşırıq və tövsiyələri vermişdir.

  • İsmayıllıda bağçılıq, tütünçülük və b...

    İsmayıllıda bağçılıq, tütünçülük və baramaçılığın perspektivləri müzakirə olunub

    2016-06-18

    Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri iyunun 17-də İsmayıllıda olub.

  • İsmayıllıda davamlı inkişaf naminə kadr pote...

    İsmayıllıda davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsinə dair seminar

    2016-06-17

    Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsi layihəsi” çərçivəsində İsmayıllıda seminar keçirilib.

  • Konfederasiyanın İsmayıllıda təlim-seminarı ...

    Konfederasiyanın İsmayıllıda təlim-seminarı keçirilib.

    2016-06-17

    İyunun 17-də İsmayıllıda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Uşaq əməyinə qarşı mübarizədə həmkarlar ittifaqlarının siyasəti və fəaliyyət planı” mövzusunda seminarı keçirilib.

  • Səhiyyə işçilərinin peşə bayramı qeyd olun...

    Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu

    2016-06-17

    Hər il olduğu kimi bu il də Tibb işçilərinin peşə bayramı rayon mərkəzi xəstəxanasında qeyd olundu. İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

  • Futbol üzrə İsmayıllı rayon birinciliyi

    Futbol üzrə İsmayıllı rayon birinciliyi

    2016-06-16

    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə İsmayıllı rayon İcra Hakimiyyətinin təsdiq etdiyi fəaliyyət proqramına uyğun olaraq rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə futbol üzrə rayon birinciliyi başlanıb. Çempionatın açılış tədbiri şəhər stationunda keçirilib.

  • İsmayıllıda “Sənətkarlıq” bazarı

    İsmayıllıda “Sənətkarlıq” bazarı

    2016-06-15

    15 iyun 2016-cı il tarixdə İsmayıllı şəhər Mədəniyyət Mərkəzinin ərazisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Rayon İcra Hakimiyyətinin birgə layihəsi olaraq “Sənətkarlıq bazarı” açılıb. Bazar 9 köşkdən, konsert səhnəsindən və turistlərin xatirə şəkli çəkdirməsi üçün lövhədən ibarətdir. Misgərlər, xalçaçılar, kəlağayı ustaları, halvaçılar, rəssamlar, suvenir ustaları, kulinarlar burada öz məhsullarını, əl işlərini, məmulatlarını nümayiş etdirə və sata biləcəklər.

  • Milli Qurtuluş Gününü İsmayıllı ictimaiyyə...

    Milli Qurtuluş Gününü İsmayıllı ictimaiyyəti Heydər Əliyev Mərkəzində qeyd edib.

    2016-06-14

    Milli Qurtuluş Gününü İsmayıllı ictimaiyyəti Heydər Əliyev Mərkəzində “Heydər Əliyev idarəetmə məktəbi”nin “Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzulu məşğələsi ilə bayram edib.

  • "Son Zəng”

    "Son Zəng”

    2016-06-14

    İyunun 14-də Respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kimi İsmayıllı rayonunun 80 ümumtəhsil müəssisəsində də "Son Zəng” tədbirləri keçirilib. Tədbirlərdə RİH-nin, RTŞ-nin, aid idarə və təşkilat rəhbərləri ümumtəhsil məktəblərində qonaq qismində iştirak ediblər. İsrail Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən "Son Zəng” tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, onun müavini Sevil Əhmədova iştirak edib.

  • “Vətən üçün nə etməli?”

    “Vətən üçün nə etməli?”

    2016-06-13

    13 iyun 2016-cı il tarixdə “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və Rayon İicra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Peşə Tədris Mərkəzində “Vətən üçün nə etməli?” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə İsmayıllı RİH-nin əməkdaşı, layihə rəhbəri Yəhya Babanlı, Peşə Tədris Mərkəzinin pedoqoji kollektivi və tələbələri iştirak ediblər.

əvvəlki [23] növbəti