Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Azərbaycan tarixinin Heydər Əliyev epoxasının 50 illiyi təntənə ilə qeyd edilib

13 iyul 2019 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycan hakimiyyətinə gəlməsinin 50 illiyinə həsr olunmuş silsilə tədbirlər, idman yarışları, şeir, rəsm müsabiqələri keçirilib. Bununla əlaqədar xüsusi sərəncam verilmiş, tədbirlər planı hazırlanmışdır.
2019-cu il 12 iyulda tarix yaradan, tarixin azərbaycana bəxş etdiyi ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş  zirvə toplantısı - bayram tədbiri keçirilib.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Bayram təntənəsi İsmayıllı şəhər Mədəniyyət Mərkəzində davam edib. İlk olaraq Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sərgiyə və filmə baxılıb.
Tarixçi, Əməkdar müəllim Ramiz Baloğlanov  “Azərbaycan tarixinin Heydər Əliyev epoxası” mövzusunda məruzə edib. Bildirib ki, ümummilli liderin bölgələrə səfərləri o yerlərə 15-20 ilin inkişafını gətirirdi, çoxistiqamətli inkişafın hərəkətverici qüvvəsinə, möhkəm təməlinə çevrilirdi. Belə diqqət və qayğı siyasəti bu gün də cənab Prezident İlham Əliyev tərəfindən intensiv olaraq davam etdirilir. Ulu öndərimiz Heydər Əliyev dünyasını dəyişmək ərəfəsində özünü yox, candan artıq sevdiyi Azərbaycanı, ömrünü həsr etdiyi xalqını düşünüb. Bu səbəbdən də ölkənin idarə olunmasını, milli taleyimizin yaşam məsuliyyətini özü qədər inandığı cənab İlham Əliyevə etibar edib. Bu inam, bu etimad, bu etibar xalqımıza xoşbəxtlik, ölkəmizə firavanlıq, Beynəlxalq nüfuz gətirib. Azərbaycan dövlətinin müstəqilliyi və dönməzliyi, xalqımızın bu günkü layiqli, təminatlı həyatı öz başlanğıcını 14 iyul 1969-cu ildən götürüb. Ölkəmizin hər bir vətəndaşı, bütövlükdə Vətənimiz haqlıdır ki, bu günü bayram etsin.
Məruzədən sonra bədii qiraətçi Ramiz Zülfüqarov “14 iyul bayramı” şeirini söyləyib.
Tarixçilər Mehdi Məmmədov və Ramiz Baloğlanova Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi Xatirə medalı ilə təltif olunublar. Medalları İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov təqdim edib.
Bununla da tədbirin rəsmi hissəsi başa çatıb. İsmayıllı Regional Mədəniyyət idarəsi məzmunlu və maraqlı bədii proqram nümayiş etdirib.
Axşam çağı “Damla” turizm-istirahət mərkəzində şanlı 50 illik tarixə həsr olunmuş bayram konserti-şənlik məclisi olub. Muğam müsabiqələri qalibləri Kamilə Nəbiyeva, İlahə Rüstəmova və əməkdar mədəniyyət işçisi aşıq Ağamurad İsrafilov ümummilli liderin ruhuna uyğun, onu tərənnüm edən, vaxtilə xoşladığı mahnıları ifa ediblər.

Keçidlər