Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi yerlərdə də qeyd olunub

13 iyul 2019 | 16:00

İsmayıllıda Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi davamlı tədbirlərlə qeyd olunur. Rayonun Lahıc qəsəbəsində, Diyallı, Soltankənd, Kürdmaşı, Qurbanəfəndi, Bizlan kəndlərində də ulu öndərin hakimiyyətə gəlməsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Keçirilən tədbirlərdə Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, 35 illik bir dövrdə Azərbaycan xalqı üçün etdikləri bir daha xatırlanıb, onun xilaskarlıq missiyası diqqətə çatdırılıb. Azərbaycanın inkişafı və tərəqqisi yolunda, azərbaycançılıq ideologiyasının formalaşması sahəsində, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Keçirilən tədbirlərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, təbliğat qrupunun üzvləri, müəllim və ziyalılar iştirak ediblər.
Məruzə və çıxış edənlər Heydər Əliyevə, onun siyasi davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz istək və məhəbbətlərini ifadə ediblər. Ulu öndərin Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazandığı diqqətə çatdırılıb.

Keçidlər