Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Beynəlxalq Ahıllar günü qeyd edilib.

01 oktyabr 2019 | 16:00

Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qayğısı  ilə əhatə olunan bütün ölkə vətəndaşlarının sırasında ahılların, qocaların, veteranların həyat şəraitinin zənginləşdirilməsinə xüsusi önəm  verilir. 01 oktyabr 2019-cu il tarixdə Rayon İcra Hakimiyyətinin təşkiltaçılığı və dəstəyi ilə 1 Oktyabr Beynəlxalq Ahıllar günü münasibətilə rayonunun ictimai-siyasi həyatında fəallıq göstərmiş ahıllar və şəhid valideyinləri ziyarət olunub.
          Ahılları RİH başçısının müavini S.Əhmədova, YAP İsmayıllı Rayon Təşkilatı aparatının əməkdaşları, Ailə Qadın və Uşaqlara Dəstək Mərkəzi, ictimai fəallar, RTŞ-nin əməkdaşları ziyarət edib.Onların problemləri ilə maraqlanıblar.Ahıllar günü münasibəti ilə ərzaq bağlamaları verilib, hədiyyələr təqdim olunub.

Keçidlər