Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda İqtisadi və Sosial İnkişaf Mərkəzinin dəstəyi ilə tədbir keçirilib

04 oktyabr 2019 | 16:00

04 oktyabr 2019-cu il tarixdə İsmayıllı rayon Uşaq-Gənclər kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, eləcə də İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vergi və fiskal siyasətlər üzrə yeniliklərin təbliği yolu ilə regionlarda biznes mühitinin inkişafı və iqtisadi aktivliyin dəstəklənməsi” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə rayonda fəaliyyət göstərən idarə və təşkilatların iqtisadçı və maliyyə mütəxəssisləri, sahibkarlar, İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin, eləcə də Peşə Tədris Mərkəzinin tələbələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Həsən Həsənov açaraq tədbir iştirakçılarını Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından salamladı və gələn qonaqlara, eləcə də layihənin işinə uğurlar arzuladı.
Sonra İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov tədbirin məqsədi barədə görüş iştirakçılarına məlumat verdi.
Araşdırmaçı-iqtisadçı Rəşad Həsənov isə “Qeyri-rəsmi məşğulluqla mübarizə fonduna sosial sığorta haqqında” Qanuna edilən dəyişikliklərin sosial-iqtisadi effektləri mövzusunda məruzə ilə çıxış etdi.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara aidiyyəti mütəxəssislər tərəfindən cavablar verildi.

Keçidlər