Şriftin ölçüsü :

Saytın rəngi :

İxtisaslaşdırılmış kurslar keçirilir.

16 oktyabr 2019 | 16:00

İsmayıllı şəhər Uşaq kitabxanasının iclas zalında 86 saylı İsmayıllı Dairə Seçki Komissiyası üzvlərinin və Məntəqə Seçki Komissiyalarının sədrləri üçün 15-17 oktyabr tarixlərində “Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2019-cu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar 3 günlük ixtisaslaşdırılmış kurslar keçirilir.
Kursun ilk günündə Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov və Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şəbəsinin müdiri Rüstəm Səmədov tədbirdə iştrak ediblər.
Tədbiri giriş sözü ilə açan 86 saylı İsmayıllı Dairə Seçki Komissiyasının sədri Ə.Məhərrəmov tədbir iştirakçılarını salamlayaraq seçici siyahıları ilə iş qaydası, bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrinin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri barədə məlumat verib.
Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayışın qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu və onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri barədə geniş danışıb.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrin qurulması barədə çıxış edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər