Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı OİK-də Dövlət Bayrağı gününə həsr edilmiş “İradənlə qalib gəl” devizi altında tədbir keçirilib

02 noyabr 2019 | 16:00

01.11.2019-cu il tarixdə  Gənclər və İdman Nazirliynin dəstəyi ilə İsmayıllı Olimpiya İdman Kompleksində  Dövlət Bayrağı gününə həsr edilmiş “İradənlə qalib gəl” şüarı altında “Açıq qapı” günü təşkil edilib.
Əsas məqsəd gənclərin asudə vaxtının və gənclərin sağlamlığına təsir edən səmərəli tədbirlərin təşkili, ustad dərslərinin keçilməsi müxtəlif idman növləri üzrə potensialların üzə çıxarılması olub.
Ustad dərslərini müxtəlif idman növləri üzrə Respublika, Avropa və Dünya çempionları, tanınmış məşqçilər, cüdo üzrə əməkdar məşqçi Əkbər Şəfaqətov, karate üzrə 5-ci Dan qara kəmər sahibi, dünya çempionu Bayram Qəhrəmanov, karate üzrə baş məşqçi 5-ci Dan qara kəmər sahibi, Avropa üçüncüsü  Anar Həsənov, Fəxri bədən tərbiyəsi və idman işçisi Nəriman Alıyev, cüdo üzrə idman ustası Nazir Əkbərov, cüdo üzrə Fəxri bədən tərbiyəsi və idman işçisi Bəhman Əkbərov, qol güləşi üzrə baş məşqçi Vüsal Qəzənfərov, ağır atletika üzrə məşqçi Vüsal Ağayev, futbol üzrə baş məşqçi Tərlan Vahidov keçiblər. Ustad dərsləri idmançıların kütləvi iştirakı ilə günün sonunadək davam edib.

 

Keçidlər