Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı gəncləri “Könüllülər Yurdu-Azərbaycan” layihəsində iştirak ediblər

03 noyabr 2019 | 16:00

2 noyabr 2019-cu il tarixdə Qəbələ rayonunda “Könüllülər Yurdu-Azərbaycan” layihəsinin 6-cı tədbiri keçirilib.
Tədbirdə İsmayıllı, Qəbələ və Göyçay rayon gəncləri arasında könüllülük fəaliyyətinin təbliği, onların asudə vaxtlarını daha düzgün və səmərəli keçirmələri istiqamətində, həmçinin fərdi və intellektual inkişafları üçün yaradılmış mövcud imkanlar, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət alması haqqında ətraflı məlumatlar verilib.
       Qeyd olunan layihə “Asan xidmət”, “Asan könüllüləri” təşkilatı və Azərbaycan Gənclər Fondunun birgə tərəfdaşlığı ilə həyata  keçirilib.
       Tədbirin sonunda könüllülərin hər birinə sertifikatlar təqdim olunub.

Keçidlər