Şriftin ölçüsü :

Saytın rəngi :

İlk dəfə səs verəcək gənclərlə görüş

25 noyabr 2019 | 16:00

25 noyabr 2019-cu il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsinin və Peşə Tədris Mərkəzinin birgə  təşkilatçılığı ilə Mərkəzin akt zalında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
          Tədbiri giriş sözü ilə Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov açıb. Ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıyan növbəti Bələdiyyə seçkiləri barədə məlumat verib, ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi istiqamətində görülən tədbirlər barədə danışıb,seçki hüququndan bəhs edib.
        İsmayıllı rayon  Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov tədbirə toplaşan gəncləri ilk dəfə səs hüququnu həyata keçirəcəkləri münasibətilə  təbrik edib,onları qarşıdan gələn Bələdiyyə seçkilərində fəal olmağa çağırıb. T.Salehov daha sonra rayonda son illərdə dövlət-gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərimizin rayonun ictimai- siyasi həyatındakı fəal rolunu diqqətə çatdırıb. 86 saylı dairə seçki komissiyasının üzvü Hacıməmməd Məmmədov çıxış edərək növbəti Bələdiyyə seçkilərinin şəffaf, aydın və qanunauyğun şəkildə keçiriləcəyini bildirib. Gənc seçicilərin sualları cavablandırılıb.

Keçidlər