Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • İməcilik keçirilib

    İməcilik keçirilib

    2016-06-11

    11 iyun 2016-cı il tarixdə İsmayıllı-Muğanlı avtomobil yolunun kənarlarında salınmış yaşıllıq zolaqlarında iməcilik keçirilib. İməclikdə idarə-müəssisə və təşkilatların 100 dən çox işçisi iştirak edib. Əkilən ağaclara qulluq göstərilib, ağacların və yolların ətrafında kol-kos təmizlənib, alaq otları biçilib.

  • “Zərərli vərdişlərə, narkomaniyaya və erk...

    “Zərərli vərdişlərə, narkomaniyaya və erkən nikaha yox deyək, hüquq və vəzifələrimizi tanıyaq”

    2016-06-10

    10 iyun 2016-cı ildə Kürdmaşı kənd mədəniyyət evində Rayon İcra Hakimiyyətinin, Dövlət Təhlükəsizlik Xidmətinin İsmayıllı rayon şöbəsinin və Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə, narkomaniyaya və erkən nikaha yox deyək, hüquq və vəzifələrimizi tanıyaq” mövzusunda tədbir keçirilmişdir.

  • “Multikulturalizm və tolerantlığın Azərbayc...

    “Multikulturalizm və tolerantlığın Azərbaycan modeli”

    2016-06-10

    İyunun 10-da İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbində Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Multikulturalizm və tolerantlığın Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.

  • 2015-2016-cı tədris ilində təhsildə, idmanda ...

    2015-2016-cı tədris ilində təhsildə, idmanda və müxtəlif müsabiqələrdə fərqlənən şagirdlərin mükafatlandırılması.

    2016-06-10

    İsmayıllının keyfiyyətli təhsil ənənələrini uğurla davam etdirən Rayon İcra Hakimiyyəti Rayon Təhsil şöbəsi ilə birgə dövlət təhsil, gənclər və idman siyasətinin həyata keçirilməsində əldə olunan naliyyətləri mütamadi təqdir edir, qalibləri növbəti qələbələrə səfərbər edən tədbirlər həyata keçirir. “Gənclər Mərkəzi”ndə10 iyun 2016-cı il tarixdə keçirilən toplantıda bütün il boyu elmi, fiziki, bilik və yaradıcılıq istiqamətlərində güclü potensialını nümayiş etdirmiş məktəblilərə və gənclərə layiq olduqları mükafatlar təqdim edilmişdir.

  • İsmayıllı Rayon İcra Hakimiyyətinin  bəyanat...

    İsmayıllı Rayon İcra Hakimiyyətinin bəyanatı

    2016-06-09

    Son günlər Lider İnformasiya Agentliyində İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə qarşı dəqiqləşdirilməmiş, qərəzli və həqiqəti əks etdirməyən informasiyalar yerləşdirilir. Həmin məlumatların araşdırılmadan, mövcud, xüsusilə də bələdiyyə qanunvericiliyinə uyğunluğu öyrənilmədən saytda paylaşılması qeyri-peşəkar jurnalistin qərəzli olmasını, ədalət prinsipinə riayət etməməsini bildirir.

  • “Nümayəndə günü”

    “Nümayəndə günü”

    2016-06-09

    09 iyun 2016-cı il tarixində Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilmişdir. RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələlərlə onları tanış etdi. Sonra İƏD üzrə nümayəndələrin fəaliyyətinə toxunaraq işlərində daha fəal olmağı tövsiyə etdi.

  • Din xadimləri ilə görüş keçirilib

    Din xadimləri ilə görüş keçirilib

    2016-06-07

    İyunun 7-də İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə şəhər “Cümə” məscidində Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib. Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov, RİH başçısının müavinləri və əməkdaşları, DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural İbrahimov, QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şəhzadə Bilalov, dini icmaların sədrləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

  • “Multikulturalizm mühiti bütün dünyaya örn...

    “Multikulturalizm mühiti bütün dünyaya örnəkdir”

    2016-06-07

    “Multikulturalizm ili” çərçivəsində növbəti tədbir 7 iyun 2016-cı il tarixdə İsmayıllı şəhər 2 saylı tam orta məktəbdə Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycandakı multikulturalizm mühiti bütün dünyaya örnəkdir” mövzusunda keçirilib.

  • Beyəlxalq yarışda bürünc medal

    Beyəlxalq yarışda bürünc medal

    2016-06-06

    04-05 iyun 2016-cı il tarixlərdə Bakı İdman sarayında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor H.Ə.Aslanovun xatirəsinə həsr olunan cüdo üzrə yeniyetmələr arasında XXXVIII ənənəvi beynəlxalq turnir keçirilib.

  • İsmayıllıda ictimai dinləmələr keçirildi

    İsmayıllıda ictimai dinləmələr keçirildi

    2016-06-05

    Azərbaycan Respublikasında insan hüquq və azsadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən İsmayıllı rayonunda növbəti ictimai dinləmələr keçirib. İctimai dinləmələrdə hüquq mühafizə və ədliyyə orqanlarının, dövlətn və icra qurumlarının, milli azlıqların, etnik qurupların, geniş ictimayətin, KİV-in təmsilçiləri, fəal qadınlar və gənclər iştirak edibər. İlk növbədə İnsan hüquqları üzrə Müvəkkil Elmira Süleymanova və İsmayıllı rayon icra hakimiyyəti başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

  • Peşə bayramı qeyd edildi

    Peşə bayramı qeyd edildi

    2016-06-04

    Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı işçilərinin peşə bayramı günü rayonumuzda da qeyd edilmişdir. Tədbirdə İsmayıllı Suvarma Sistemləri, İsmayıllı Su-Kanal İdarəsi və Şəki Subartezian Quyularının İstismar İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzdülər. Son illərdə rayonumuzda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması istiqamətində xeyli tədbirlər həyata keçirilmiş, əhalinin suvarma və içməli su ilə təminatında müəyyən işlər görülmüş, iyirmidən artıq subartezian quyuları qazılaraq istismara verilmişdir. İsmayıllı şəhər əhalisinin içməli su ilə təminatında da əsaslı dönüş yaradılmışdır.

  • Sahibkarların hüquqlarının müdafiəsinə dair...

    Sahibkarların hüquqlarının müdafiəsinə dair tədbir keçirilib

    2016-06-03

    İyunun 3-də İsmayıllıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Sahibkarların hüquq və mənafelərinin müdafiəsi” mövzusunda tədbir keçirilib. İqtisadiyyat və Ədliyyə nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq Maliyyə Korporasiyasının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlar iştirak edib. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov rayonda yaradılan yeni infrastruktur obyektləri, istehsal və xidmət müəssisələri barədə məlumat verib, bütün bölgələrdə olduğu kimi İsmayıllıda da sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin davam etdiyini və nəticədə yeni iş yerləri yaradılaraq əhalinin məşğulluğunun təmin olunduğunu qeyd edib. İcra başçısı iş adamlarının hüquqlarının qorunmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb, ölkədə həyata keçirilən iqtisadi islahatların hər bir bölgədə olduğu kimi, İsmayıllıda fəaliyyət göstərən sahibkarların hüquqlarının səmərəli müdafiəsinə zəmin yaratdığını bildirib.

  • “Gənc xilasedici və yanğınsöndürən” yar...

    “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilmişdir.

    2016-06-02

    01 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilən tədbirdə əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallar sahəsində hazırlıq səviyyəsinin artırılması, onlarda şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin inkişaf etdirilməsi, eləcə də hərbi-vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliğ edilməsindən ibarət olmuşdur. Dövlət himninin sədaları altında komandaların tribuna önündən təntənəli keçidi ilə yarışa start verilmişdir. Yarışlarda Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının ümumtəhsil məktəblərinin komandaları güclərini sınamışlar.

  • “Gənc ailələr arasında kənd yaşıl turizmi...

    “Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırmaq” adlı layihə

    2016-06-02

    01 iyun 2016-cı il tarixdə İsmayıllı Rayon Diyarşunaslıq muzeyində Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatcılığı ilə “Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırmaq” adlı layihə icra olunmuşdur.

  • İsmayıllıda Uşaqların Beynəlxalq Müdafiəsi...

    İsmayıllıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənə ilə qeyd olundu

    2016-06-01

    01 iyun 2016-cı il tarixində uşaq bağçalarında tərbiyə alan körpələrin və ibtidai sinif şagirdlərinin iştirakı ilə “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Gənclər Mərkəzində təntənə ilə qeyd olundu. Tədbir E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin birinci sinif şagirdlərinin təbrik məzmunlu şeirləri və xorla oxuduqları mahnılarla açıldı.

  • İsmayıllı rayon Gənclər və İdman idarəsini...

    İsmayıllı rayon Gənclər və İdman idarəsinin əməkdaşlarını uşaqlar əvəz etdi

    2016-06-01

    01 iyun 2016-cı il tarixdə “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə İsmayıllı rayon Gənclər və İdman idarəsinin əməkdaşlarının əvəzinə azyaşlı uşaqlar iş başında oldular. İsmayıllı rayon Gənclər və İdman idarəsində həmişəki kimi iş başladı. “Rəis” işçilərlə iclas keçirib müvafiq tapşırıqlarını verdi. Sonra hər kəs öz iş yerinə döndü və böyük ruh yüksəkliyi ilə işləməyə başladı. Uşaqlar məsuliyyətli vəzifələrini layiqincə icra etdikdən sonra Gənclər və İdman idarəsinin təşkil etdiyi çay süfrəsinə dəvət olundular. Rayon Gİİ-nin rəisi Taleh Salehov uşaqların başa düşəcəyi səviyyədə işin mahiyyəti barədə onlara məlumat verdi.

  • İsmayıllı Regional Debat Mərkəzi xüsusi dipl...

    İsmayıllı Regional Debat Mərkəzi xüsusi diplomla təltif edilib

    2016-05-31

    27 may 2016-cı il tarixində Hyatt Recency otelinin Quba zalında “Respublika Gənclər Debat Forumu 2016: Yaz” layihəsinin bağlanış və Mükafatlandırma mərasimi keçirilib.

  • Şamaxılılar İsmayıllıda

    Şamaxılılar İsmayıllıda

    2016-05-31

    31 may 2016-cı il tarixində Beynəlxalq Uşaq Günü münasibətilə Şamaxı şəhər incəsənət təhsili Mərkəzinin 100 nəfərlik şagird kollektivi İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzinin akt zalında konsert proqramı ilə çıxış etdi.

  • İsmayıllıda Respublika günü qeyd olundu.

    İsmayıllıda Respublika günü qeyd olundu.

    2016-05-27

    İsmayıllılar Respublika Gününü bayram etmək üçün ümummilli lider Heydər Əliyevin şərəfli adını daşıyan Mədəniyyət mərkəzinə toplaşmışdılar. İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzdülər.

  • Qubaxəlillidə “Multikuturilalizim ili”ilə  ...

    Qubaxəlillidə “Multikuturilalizim ili”ilə əlaqədar tədbir keçirilib

    2016-05-26

    “Multikulturalizm ili” çərçivəsində İsmayıllıda ardıcıl tədbirlər həyata keçirilir. Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq may ayının 26-da Qubaxəlilli kəndində ətraf yaşayış məntəqələrini də əhatə etməklə “İsmayıllıda dini durum, tolerantlıq və multikulturalizm” mövzusunda yığıncaq keçirilib. Yığıncaqda RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov, İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, DQİDK-nin İsmayıllı rayonu üzrə nümayəndəsi Tural İbrahimov, ictimaiyyət nümayəndələri, ziyalılar, kənd ağsaqqalları və gənclər iştirak edib.

  • İsmayıllının Sumağallı kəndində mavi alov ...

    İsmayıllının Sumağallı kəndində mavi alov şölələndi

    2016-05-25

    Rayon İcra Hakimiyyətinin rəhbərliyi Sumağallı kəndində görüş-qəbul keçirərkən şəxsi problemləri ictimailəşdirməkdən uzaq olan sakinlər kəndə qaz çəkilməsini hamılıqla xahiş ediblər. Heydər Əliyev Fondu İsmayıllıda “Regional İnkişaf” İctimai Birliyini təsis etdikdən sonra əhali ilə görüş məkanı Sumağallını seçiblər.Heydər Əliyev Fondunun İcraçı direktoru Anar Ələkbərovun rəhbərliyi ilə keçirilən görüşdə-səmimi və işgüzar söhbətdə də əsas xahiş kəndə qaz verilməsinə köməklik göstərməkdən ibarət olub. Bütün aid təşkilatlar qüvvələri bir araya gətirərək Sumağallı kəndində yaşayan insanların həyatına rahatlıq gətiriblər. Kəndə qaz verilib.

  • Aşıqbayramlı kəndində görüş keçirildi

    Aşıqbayramlı kəndində görüş keçirildi

    2016-05-25

    25 may 2016-cı il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Aşıqbayramlı kəndində kənd sakinlərinin bir qrupu ilə görüşü keçirilib. Rayonun aparıcı idarə və təşkilatlarının rəhbərləri, əlaqədar kənd ərazi nümayəndələri və bələdiyyə sədrləri, məktəb direktorları və digər təşkilatların nümayəndələrinin iştirak etdiyi görüşdə yeni əsaslı təmir olunmuş İsmayıllı-Qaraməryəm avtomobil yolunun ətraflarının abadlaşdırılması, bu ərazidə olan ağacların budanması, ağardılması, yeni ağac və gül kollarının əkilməsi, qulluq edilməsi və mühafizə olunması istiqamətində geniş müzakirələr aparılıb.

  • “Əsl İslam və İslamafobiya” adlı maarifl...

    “Əsl İslam və İslamafobiya” adlı maarifləndirici tədbir keçirilib.

    2016-05-24

    25 may 2016-cı il tarixində İsmayıllı rayonunda “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əsl İslam və İslamafobiya” adlı maarifləndirici tədbirlərin təşkili adlı seminar keçirib. Tədbirdə RİH-nin nümayəndələri, ziyalılar, dini icma nümayəndələri və orta məktəblərin 11-ci sinif şagirdləri iştirak edib.

  • Şagirdlər arasında “Səni tərənnüm edirəm...

    Şagirdlər arasında “Səni tərənnüm edirəm, doğma Azərbaycanım!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

    2016-05-24

    İsmayıllı rayon Gənclər və İdman İdarəsi və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 28 May - Respublika günü münasibətilə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Səni tərənnüm edirəm, doğma Azərbaycanım!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

  • Peşə bayramını qeyd etdilər

    Peşə bayramını qeyd etdilər

    2016-05-23

    Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilk gündən ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi və bərpası, hidrometeroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. Öz peşə bayramını qeyd edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları - Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin, Şahdağ Milli parkının İsmayıllı rayonu üzrə nümayəndəliyinin və Hidrometeorologiya müəssisəsinin kollektivləri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar və xatirə şəkli çəkdiriblər. Sonra həmin müəssisələr iməcilik keçiriblər, özləri tərəfindən salınmış yaşıllıq zolaqlarında əkilmiş ağaclara aqrotexniki qulluq işləri aparıblar.

əvvəlki [24] növbəti