Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda gənc rəssam İsmayıl Faxtiyevin fərdi yaradıcılıq sərgisi açılıb

28 dekabr 2019 | 16:00

İsmayıl Faxtiyev Sumqayıt Dövlət Universitetinin tarix fakültəsini bitirib. Hərbi xidmətdə olub. İctimai fəallığı ilə tanınan gəncdir. Gənclərin inkişafı və karyera mərkəzinin direktorudur. Bütün bunlarla yanaşı dərin təfəkkürə və dünyagörüşə, aydın zəkaya və istedada əsaslanan rəssamlıq bacarığı İsmayılın gənclik həyatının ən böyük dəyəridir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin, Rayon gənclər və idman idarəsinin və Regional mədəniyyət idarəsinin  təşkilatçılığı ilə şəhər Mədəniyyət mərkəzində İsmayıl Faxtiyevin Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş fərdi yaradıcılıq sərgisi açılıb. Dövlət qulluğu veteranı Valeh Salehov Dövlət gənclər siyasətinin bəhrələrindən, cənab Prezident İlham Əliyevin gənclərin bütün istiqamətlərdə potensialının üzə çıxarılması və uğur qazanması üçün yaratdığı şəraitdən, gənc rəssamın yaradıcılıq xüsusiyyətlərindən danışıb. İsmayıllı Dövlət Rəsm Qalereyasının direktoru İkram İsmayılov mütəxəssis olaraq İsmayıl Faxtiyevin yaradıcılığını təhlil edib, rayonda gənclərə göstərilən qayğıdan, onların fəaliyyətinə verilən dəstəkdən razılıqla danışıb.
Hər bir rəsm əsəri xüsusi olaraq diqqəti cəlb edən İsmayıl çıxış edib, gənclərə göstərilən qayğıya görə minnətdarlığını bildirib, daha sonra əsərləri ilə sərgi tamaşaçılarını tanış edib.

Keçidlər