Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətində məcbur köçkünlərlə görüş keçirilib.

07 yanvar 2020 | 16:00

İsmayıllı rayonu ərazisində 2737 nəfəri birləşdirən 753 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Ötən müddətdə onların hamısı yaşayış yeri və müvəqqəti istifadə üçün torpaq sahəsi ilə təmin olunub. Məcburi köçkünlərin məşğulluğunun artırılması məqsədilə imkan olan bütün tədbirlər həyata keçirilir. Məşğulluq mərkəzində və işəgötürənlər tərəfindən   onlar üçün müəyyən edilmiş kvotaya riayət olunur. Köçkün  soydaşlarımızın kompakt yaşadıqları yerlərdə -Kürdmaşıda, Kəlbənddə,Keyvəndidə, Qubaxəlillidə, Qalınçaqda, Topçuda, Xanagahda fermer təsərrüfatları və istehsal müəssisələri açılıb,bununla da təsərrüfat fəaliyyətinin təşkili və məşğulluğun artırılması üçün optimal imkanlar yaradılıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov problemləri öyrənmək və icrasını təmin etmək üçün məcburi köçkünlərlə müntəzəm və ardıcıl olaraq görüşür, nəticələr barədə maraqlı tərəfləri vaxtında məlumatlandırır.
Növbəti görüş isə rayon icra hakimiyyətinin akt zalında hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin,mətbuat nümayəndələrinin iştirakı ilə keçirilib. Tədbiri giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı ilk olaraq məcburi köçkünlərə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərin həyat, məişət və mənzil şəraitinin yaxşılaşdırılması üçün gördükləri ölçüyəgəlməz işlərdən ətraflı danışıb.
RİH-nin başçısı  Mirdaməd Sadıqov daha sonra qeyd edib ki, məcburi köçkünlərin məşğulluğunun artırılması və mənzil şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlərinin təşkili ilə bağlı mövcud durum öyrənilib, təhlil olunub və aid təşkilatların iştirakı ilə tədbirlər müəyyənləşdirilib. Qeyd olunan istiqamətdə gənc məcburi köçkünlərin işlə təminatı, təşkilatlanması,intellektual inkişafı, şagirdlərin  tədrisinin səmərəli təşkili,yaşlıların özünüməşğulluq proqramına cəlbi diqqətdə saxlanılır.
753 ailənin 45-i üçün fərdi yaşayış evi tikilib. 2020-ci ildə 700 ailə üçün tikiləcək fərdi ev üçün artıq 140 hektar torpaq sahəsi ayrılıb. Bu ərazidə qaz, su, elektrik enerjisi təchizatı üçün imkanlar da mövcuddur.
  Giriş nitqindən sonra Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə aparıcı məsləhətçisi Tahir Əliyev müzakirə olunan məsələ ilə əlaqədar informasiya xarakterli çıxış edib.
    Tam demokratik şəraitdə keçən görüşdə hər kəs sözünü,istəyini, təklifini, xahişini deməkdə özünü ixtiyarlı bilib. Deyilənləri ümumiləşdirmək, təhlillər aparmaq və tədbirlər müəyyələşdirmə məqsədilə aid strukturlara tapşırıqlar verilib.
    Görüşdə iştirak edən məcburi köçkünlərdən Məzahir Şükürov,Saday Tağıyev, Möhübbət Paşayev,Gülağa Abbasov hərtərfli qayğıları ilə əhatə olunduqları  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdar olduqlarını bildiriblər, İsmayıllı əhalisindən razı qaldıqlarını deyiblər.

Keçidlər