Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş şahmat turniri keçirilib

17 yanvar 2020 | 16:00

15-17 yanvar 2020-ci il tarixlərində İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib. Turnirdə yeniyetmələr və gənclər iştirak edib.
Başlanğıcda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək 20 Yanvar faciəsinin təqsirkarlarının, təşkilatçılarının Azərbaycana düşmən münasibətindən, xalqımızın qəhrəmanlığından, dövlətimizin 20 Yanvar şəhidlərinin ailələrinə, o zaman əlil olanlara qayğısından danışıb. Qeyd edib ki, bu günki şahmat turniri də 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunub.
Bundan sonra 30 nəfər yeniyetmə və gəncin iştirakı ilə şahmat turniri start götürüb.
Qaliblərə Rayon Gənclər və İdman İdarəsinin diplomları və medalları təqdim olunub.

Keçidlər