Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş tədbir keçirilib.

07 fevral 2020 | 16:00

İsmayıllı Rayon Gənclər və İdman idarəsi Rayon Təhsil Şöbəsi ilə birgə Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə tədbir keçirib. Rayon MKS-nin Uşaq  Şöbəsinin akt zalında reallaşan Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun   həyatını, keçdiyi döyüş yolunu, misilsiz qəhrəmanlığını əksi olan  film nümayiş etdirilib.
    Tədbiri Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açıb, qonaqları,gəncləri salamlayaraq keçirilən tədbirin əhəmiyyəti barədə danışıb. Mübariz İbrahimovun təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, düşmənin silahlı qüvvələrinin  çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv etməsi, sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbaşına döyüşməsi və düşməni ağır itkilərə məruz qoyması haqqında tədbirə toplaşanlara məlumat verib.
         Tədbirdə RİH-nin əməkdaşı Namiq Kərimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin nümayəndəsi Vasif Həziyev, rayon   təhsil şöbəsinin metodisti Rəna Mirzəliyeva çıxışlarında şəhidlik zirvəsinə yüksələn Mübarizin Vətən,torpaq sevgisi,onda olan vətənpərvərlik ruhu  barədə gənclərə məlumat veriblər. Qeyd olunub ki, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə hər an hazırdırlar.
      Tədbirdə diqqət ona yönəlib ki, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlər göstərmiş şəhid Mübariz İbrahimovun əziz xatirəsi heç vaxt unudulmayacaq. Bu, böyük qəhrəmanlıq və vətənpərvərlik nümunəsidir.

Keçidlər