Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8 illiyi İsmayıllıda təntənəli qeyd olunub

13 fevral 2020 | 16:00

İsmayıllıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının səkkiz illiyi təntənə ilə qeyd olunub. Xidmətin rayon şöbəsinin əməkdaşları əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir Rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov giriş nitqi ilə tədbiri açaraq SHXÇDX rayon şöbəsinin əməkdaşlarını tarixi gün - mənsub olduqları təşkilatın yaranmasının səkkizinci ildönümü münasibəti ilə təbrik edib, gənclərin orduya hazırlanmasında, vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsində, hərbi peşələrin, hərb tarixinin öyrənilməsində və təbliğində onlara uğurlar arzulayıb, nitqinin sonunda Xidmətin rayon şöbəsinin 4 nəfər əməkdaşına pul mükafatı təqdim edib.   Rayon şöbəsinin rəisi polkovnik-leytinant Əfran Nəbiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 8 illiyi barədə məruzə edib. İki nəfər əməkdaşa Dövlət Xidmətinin fəxri fərmanı, bir nəfərə təşəkkürü təqdim olunub. İstefada olan polkovnik Əlaləm Babayev, YAP rayon təşkilatının sədri Sevil Əhmədova, Rayon məhkəməsinin sədri Rəfael Şirinov, rayon ağsaqqallar şurasının sədri Valeh Salehov şöbənin əməkdaşlarını təbrik ediblər.
Fevralın 13-də ölkəmizdə, eyni zamanda İsmayıllıda təntəəli, gənclərimiz üçün faydalı olan tarixi bir gün yaşanıb.

Keçidlər