Şriftin ölçüsü :

Saytın rəngi :

Namazgah kəndində sakinlərlə görüş-qəbul keçirilib

04 sentyabr 2013 | 15:00

Sentyabrın 3-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Namazgah kəndində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı sakinlərlə görüş keçirib. Kənd sakinləri ilə görüşdə başçı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edib. Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub. Mirdaməd Sadıqov çıxışında, ölkədə əldə olunan nailiyyətləri deməklə  bu uğurların Heydər Əliyev siyasi kursunun məntiqi nəticəsi olduğunu bildirib və bu siyasətin bu gün də uğurla davam etdiyini söyləyib. Kənd sakini Nurulla Mürsəlov telefon xətlərində nasazlıqların yarandığını deyib. Eyni zamanda kənd yollarının təmir edilməsinə, həmçinin elektrik dirəklərinin dəyişdirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. İcra başçısı son vaxtlar rayonda baş verən müsbət dəyişikliklərdən razılığını bildirib, kənd sakinlərinin qayğıları və problemlərin həlli ilə əlaqədar göstərişlər verib. Yaxın vaxtlarda mövcud problemlərin həlli istiqamətində görüləcək işlər haqqında danışıb. Sonda kənd sakinləri onları narahat edən problemlərin həllində göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər