Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda onlayn dərslərin dinlənilməsi aparılır

17 mart 2020 | 16:00

Koronavirus (COVID-19) epidemiyasının törədə biləcəyi təhlükə ilə əlaqədar məktəblərdəki tədrisdə yaranan hazırkı vəziyyətlə bağlı İsmayıllı rayonunda şagirdlərin dərs proqramlarından geri qalmamaları üçün müəllimlər videodərslərin gücündən səmərəli istifadəyə nail olurlar.
Hazırda rayonda onlayn dərslərin dinlənilməsi aparılır. Videozənglər vasitəsilə şagirdlərə tapşırıqlar verilir, onlar mövzular üzrə istiqamətləndirilirlər. Şagirdlərin proqram materiallarından geri qalmamaları üçün müvafiq tədbirlər həyata keçirilir, distant təhsilin gücündən istifadə edilir.
Qeyd edək ki, distant təhsil və ya onlayn təhsil indi ən önəmli təhsil metoduna çevrilməkdədir. Çünki dünyanı öz təsiri altına alan koronavirus distant təhsili ən populyar mövzulara çevirib.

Keçidlər