Şriftin ölçüsü :

Saytın rəngi :

İlaxır çərşənbədə ailələr ziyarət olunub

17 mart 2020 | 16:00

Martın 17-də İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, İcra Hakimiyyətinin nümayəndəsi və Mərkəzin könüllüləri ilə birlikdə ilaxır çərşənbə və Novruz bayramı münasibətilə ailələrdə olub, bayramlarını təbrik etmişlər, xoş arzular diləyiblər.  Maçaxı kəndində aprel şəhidi Mikayıl Vahabzadənin, İsmayıllı şəhərində 1995-ci il metro terrorunda həlak olmuş Kamran Məmmədovun ailələri ilə də görüşlər çox səmimi keçib. Ailə üzvləri ilə birlikdə şəhidlərin xatirəsi yad edilib, kövrək anlar yaşanıb.
Həmin gün bir neçə məcburi köçkün və sağlamlıq imkanları məhdud uşaqların ailələri də ziyarət olunubdur.
Ailələrə Novruz  sovqatları təqdim edilib.

Keçidlər