Şriftin ölçüsü :

Saytın rəngi :

Qızıl Aypara Cəmiyyətinin könüllüləri İsmayıllı rayonunda maarifləndirici aksiya keçirib

26 mart 2020 | 16:00

Qızıl Aypara Cəmiyyətinin könüllüləri koronavirusdan qorunmaq üçün vətəndaşlara  Nazirlər Kabineti Yanında Operativ Qərərgahın eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tətbiq etdiyi qaydalara və tövsiyələrə əməl etmənin vacibliyini izah ediblər, əhalinin sıx toplaşdığı yerlərdə sakinlərə maarifləndirici broşürlər paylayıblar.

Ölkə ərazisində martın 24-dən aprelin 20-dək tətbiq olunan xüsusi rejim qaydalarına əsasən, vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.

Keçidlər