Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • YAP Qadınlar Şurasının regional müşavirəsi ...

    YAP Qadınlar Şurasının regional müşavirəsi keçirilib

    2016-05-21

    “Multikultruralizm ili” ilə əlaqədar respublikamızda müxtəlif xarakterli tədbirlər həyata keçirilir. May ayının 21-də “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda YAP Qadınlar Şurasının İsmayıllı rayonunda regional müşavirəsi keçirilib. Şirvan zonası üzrə - İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Göyçay, Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarını əhatə edən regional müşavirədə 300 nəfərə yaxın qadın YAP üzvü, Millət Vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib. İlk öncə rayon Qadınlar Şuralarının sədrləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar İsmayıllı Tikiş Fabrikində qadınlar üçün yaradılan iş şəraiti ilə tanış olublar.

  • İsmayıllı rayonunun yaranmasının 85 illiyinə...

    İsmayıllı rayonunun yaranmasının 85 illiyinə həsr olunmuş elmi konfrans

    2016-05-20

    İsmayıllı rayonu inzibati vahid kimi 1931-ci il noyabr ayının 24-də təşkil olunub. 85 ildir ki, bu bölgə ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir, elm, ədəbiyyat, mədəniyyət, incəsənət, təhsil sahəsində fərqlənən yetirmələri ilə tanınır. Rayon həyatı üçün bayram olan bu günün qeyd olunmasına hazırlıqla əlaqədar tədbirlər planı hazırlanıb, həyata keçirilməsi forma və məzmunca müxtəlif tədbirlərlə təmin olunur.

  • İsmayıllıda “Kitabi-Dədə Qorqud”un müxt...

    İsmayıllıda “Kitabi-Dədə Qorqud”un müxtəlif dillərdə tərcüməsinin təqdimatı keçirilib

    2016-05-19

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Kitabi-Dədə-Qorqud” dastanının dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə əlaqədar sərəncam imzalayıb Sərəncamla bağlı il boyu ölkədaxili və ölkədən kənar çoxlu sayda beynəlxalq simpoziumlar, elmi konfranslar, “dəyirmi masa”lar təşkil edilib. Bununla əlaqədar olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi alman şərqşünası Henri Fridrix fon Ditsin alman dilinə tərcümə edərək ön söz yazdığı “Basatın Təpəgözü oldürdüyü boy” kitabını 25 dilə çevirərək nəşr edib.

  • “Narkomaniya bəşəriyyətin bəlasıdır”

    “Narkomaniya bəşəriyyətin bəlasıdır”

    2016-05-17

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mayın 17-də İsmayıllı rayon Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbində “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, RİH başçısının Basqal qəsəbəsi İƏD üzrə nümayəndəsi Novruz Əsədov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural İbrahimov, “Azərbaycan Respublikası Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Qüdrət Kazımov, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov, müəllim və şagirdlər iştirak ediblər.

  • Lahıc qəsəbəsində yeni “Mərasimlər saray...

    Lahıc qəsəbəsində yeni “Mərasimlər sarayı” istifadəyə verilib.

    2016-05-13

    Lahıc qəsəbəsi tarixən icma formasında idarə olunub. Hər bir zamanın icra və siyasi orqanı öz yerində, idarəetmədə ağsaqqalların və ictimai fəalların birgə məsləhətləşmələri əsas götürülüb. Bir neçə ildir ki, Lahıc həmin icma idarəetməsi yolu ilə bir sıra problemləri özü həll edir.

  • İsmayıllıda  “Azərbaycan multikulturalizmi g...

    İsmayıllıda “Azərbaycan multikulturalizmi gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib.

    2016-05-12

    Müxtəlif mövzulu konfranslara,forumlara, elimi-nəzəri seminarlara, Respublika miqyaslı idman yarışlarına, treninqlərə, ev sahibliyi edən İsmayıllıda 12 may 2016-cı il tarixdə daha maraqlı bir tədbir – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, İsmayıllı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib.

  • Səyyar görüş-qəbul keçirilib

    Səyyar görüş-qəbul keçirilib

    2016-05-11

    11 may 2016-cı il tarixdə şəhər 5 saylı tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun növbəti səyyar görüş-qəbulu keçirilib.

  • İsmayıllıda ümummilli liderin 93 illiyinə hə...

    İsmayıllıda ümummilli liderin 93 illiyinə həsr olunmuş “Kitab bayramı”

    2016-05-10

    Azərbaycanı Beynəlxalq aləmə qovuşduran ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93 illiyi silsilə tədbirlərin yekunu olaraq 10 may 2016-cı il tarixdə “Kitab bayramı” ilə qeyd olunub.

  • Ulu öndərin anadan olmasının 93-cü ildönüm...

    Ulu öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə ümumrayon ağacəkmə aksiyası keçirilib

    2016-05-10

    9-10 may tarixlərində rayonun bütün inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, meşə ərazilərində, təhsil müəssisələrinin həyətyanı sahələrində, eləcə də İsmayıllı şəhərinin şəhidlər xiyabanının ətrafında 1 hektar, İsmayıllı-Muğanlı avtomobil yolunun kənarlarında isə 2 hektar ərazidə ağacəkmə aksiyası keçirilib. Aksiyada 8000-dən çox ağac və qızılgül kolları əkilib. Aksiyada idarə-müəssisələr, təşkilatlar, rayon ictimaiyyətinin nümayəndələri və məktəb kollektivləri iştirak edib. Əkilən ağaclar cökə, akasiya, lapan, tut, ağcaqayın və digər cinslərdən ibarət olub. Ağaclar aqrotexniki qaydalara uyğun əkilməklə suvarılması da həyata keçirilib, qulluq edilməsi və qorunması isə müvafiq təşkilatlara həvalə edilib.

  • İsmayıllı rayonunda  9 may “Qələbə Günü...

    İsmayıllı rayonunda 9 may “Qələbə Günü” qeyd olunub

    2016-05-09

    İsmayıllı rayonunda 9 may “Qələbə Günü” qeyd olunub. Bayram tədbiri 1941-1945-ci il Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidəyə yüeüşlə başlayıb və abidə üzərinə əklil qoyulub.

  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 9...

    Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş gənclər arasında veloyürüş

    2016-05-09

    09 may 2016-cı il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi ilə İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş gənclər arasında veloyürüş keçirilib. İsmayıllı Olimpiya İdman Kompleksindən start götürən veloyürüş Mərkəzi Meydanda başa çatıb. Yürüş iştirakçısı olan 30 nəfər gənc velosipedçilərimiz Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub.

  • Yaponiyanın hakim Liberal Demokrat Partiyasının...

    Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndə heyəti İsmayıllıda

    2016-05-07

    Yeni Azərbaycan Partiyasının dəvəti ilə respublikamıza gələn Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndə heyəti mayın 7-də İsmayıllıda olub. AZƏRTAC xəbər verir ki, qonaqlar İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında mehribanlıqla qarşılanıblar. Mərkəzin foyesində məktəblilərin tarda və pianoda səsləndirdikləri milli musiqi nümunələri, o cümlədən muğam və mahnılar qonaqlarda xoş təəssürat yaradıb.

  • İsmayıllıda  müvəqqəti məskunlaşmış Şu...

    İsmayıllıda müvəqqəti məskunlaşmış Şuşalı məcburi köçkünlərlə görüş

    2016-05-06

    İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov geniş tərkibdə təmsil olunan Şuşa rayon məcburi köçkünləri ilə görüşüb. Tədbirdə Şuşalıların müvəqqəti məskunlaşdıqları ərazinin icra nümayəndələri və bələdiyyə sədrləri, müxtəlif xidmət və sosial təminat təşkilatlarının rəhbərləri də iştirak edib.

  • Ümummilli lider Heydər Əliyevin xatirəsinə h...

    Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ümumrayon şahmat festivalı

    2016-05-06

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar İsmayıllıda rayon icra hakimiyyətinin təşkilatçılığı, rayon təhsil şöbəsinin, rayon gənclər və idman idarəsinin, rayon mədəniyyət və turizm şöbəsinin, yerli idman federasiyalarının fəal iştirakı ilə müxtəlif mövzulu müsabiqələr, idman yarışları keçirilir.

  • “Heydər Əliyev İdarəetmə Məktəbi”nin n...

    “Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi ulu öndərin 93 illiyinə həsr edilib

    2016-05-06

    Mübarək səfərləri ilə İsmayıllını şərəfləndirmiş ümummilli lider Heydər Əliyevin doğum gününün 93 illiyi münasibətilə rayon Mədəniyyət Mərkəzində möhtəşəm tədbir keçirilmişdir. İştirakçıların bir qrupu tədbir başlamazdan əvvəl Ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar. Mədəniyyət Mərkəzinin foyesində Heydər Əliyevin həyat və fəaliyyətini, İsmayıllıya səfərlərini əks etdirən və dahi şəxsiyyətə həsr olunmuş kitablardan ibarət sərgiyə baxış keçirilib.

  • “Tour d’Azerbaïdjan-2016”nın ikinci mərh...

    “Tour d’Azerbaïdjan-2016”nın ikinci mərhələsi

    2016-05-05

    Velosiped üzrə Azərbaycanın elit yığmasının və “Synergy Baku Cycling Project” kontinental komandasının üzvü, ölkəmizi “Rio-2016” Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün ikinci mərhələsinin qalibi olub. O, paytaxt Bakıdan İsmayıllıyadək olan 186,5 kilometr məsafəni hamıdan tez qət edib.

  • Səmərəli məşğulluğun  təmin edilməsi möv...

    Səmərəli məşğulluğun təmin edilməsi mövzusunda “Dəyirmi Masa” keçirilmişdir.

    2016-05-04

    Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə uyğun olaraq 03 may 2016-cı il tarixdə İsmayıllı rayon Pilot Məşğulluq Mərkəzinin inzibati binasında “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda “Dəyirmi Masa” keçirilmişdir.

  • Nikolay Nikitin - 90

    Nikolay Nikitin - 90

    2016-05-04

    4 may 2016-cı il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Mədəniyyət Mərkəzində Sosialist Əməyi Qəhrəmanı Nikolay Vasilyeviç Nikitinin anadan olmasının 90 illiyi ilə bağlı xatirə gecəsi keçirilib. N.Nikitin İvanovka kəndindəki təsərrüfata 43 il rəhbərlik edib. İvanovka o kənddir ki, 180 illiyi 2017-ci ildə tamam olacaq və rusların (malakanların) kompakt yaşadığı, abad, bütün kommunikasiyaları müasir səviyyədə qurulmuş, əməksevərlik mühiti yaradan bir kənddir.

  • İsmayıllıda kənd təsərrüfatının inkişaf ...

    İsmayıllıda kənd təsərrüfatının inkişaf etdirilməsi

    2016-05-04

    04 may 2016-cı il tarixində İsmayıllı Gənclər Mərkəzində rayonda kənd təsərrüfatı işlərinin gedişi və bu istiqamətdə həyata keçiriləcək təxirəsalınmaz tədbirlər barədə geniş tərkibdə yığıncaq keçirilib. Tədbirdə kənd təsərrüfatı məhsulları istehsalçıları, fermerlər, sahibkarlar, iş adamları, icra nümayəndələri, bələdiyyə sədrləri iştirak edib. Müşavirəni İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov giriş sözü söyləyərək rayonda aqrar sahədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı.

  • İvanovkada Nikolay Vasilyeviç Nikitinin anadan o...

    İvanovkada Nikolay Vasilyeviç Nikitinin anadan olmasının 90 illiyi qeyd edilib

    2016-05-03

    03 may 2016-cı il tarixdə İvanovka kəndində vaxtilə Sosalist Əməyi Qəhrəmanı adına layiq görülmüş qabaqcıl kənd təssərüfatı işçisi, görkəmli ziyalı, ictimai xadim Nikolay Vasilyeviç Nikitinin anadan olmasının 90 illiyi təntənə ilə qeyd olunub. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, YAP rayon təşkilatının sədri Əzizə Vahabova, Dövlət qulluğu veteranı Valeh Salehov, kolxozun əmək kollektivi, kənd əhalisi, məktəblilər iştirak edib.

  • Komitə sədri vətəndaşları qəbul edib

    Komitə sədri vətəndaşları qəbul edib

    2016-04-30

    Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov aprel ayının 30-da İsmayıllı şəhərində vətəndaş qəbulu keçirib. Komitənin sədri qəbul öncəsi İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovla bərabər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Abidə önünə tər qızılgüllər düzüb. Qəbulda İsmayıllı ilə yanaşı Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşların qəbulu İsmayıllı şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçirilib.

  • Akademik Zərifə xanım Əliyevanın  anadan olma...

    Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyi çox böyük məhəbbət, dərin səmimiyyətlə qeyd olundu.

    2016-04-28

    28 aprel 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Rayonun ictimai fəallarının,ziyalılarının, həkimlərin iştirakı ilə Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyi təntənə ilə qeyd olundu.

  • Mənəvi quruculuq sahəsində daha bir layihə: R...

    Mənəvi quruculuq sahəsində daha bir layihə: Rza İsmayılovun 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

    2016-04-27

    Rza İsmayılov İsmayıllının qədim tarixli kəndlərindən biri olan Qalacıqda anadan olub .1958-ci ildə Kənd təsərrüfatı İnstitutunu bitirib. İki illik əmək fəaliyyətindən sonra rayon komsomol komitəsinin birinci katibi seçilib. Sonra komsomolun mərkəzi komitəsində işləyib. O zamanlar üçün həlledici idarəçilik mərhələsi olan məhəlli kənd təsərrüfatı idarəsinin rəisi vəzifəsinə təyinat alıb. Bu vəzifədə də özünün yaxşı cəhətdən göstərib.

  • Hacıhətəmlidə multikultural və tolerant dəy...

    Hacıhətəmlidə multikultural və tolerant dəyərlərə həsr olunmuş tədbir keçirilib

    2016-04-26

    26 aprel 2016-cı il tarixində İsmayıllı rayon İcra Hakimiyyətinin və DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinintəşkilatçılığı ilə Hacıhətəmli kəndində “Multikulturalizm və tolerantlıq dövlət siyasətinin bir istiqaməti kimi” mövzusunda tədbir keçirilib. Tədbirin əvvəlində işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə rayonun Hacıhətəmli və Mollaisaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr, tam orta məktəblərin direktorları, İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Dövlət Qulluğu veteranı Valeh Salehov, QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, İsmayıllı şəhər “Cümə" məscidi dini icmasının sədri Vasif Teymurov, Kürdeldarbəyli kənd məscidi dini icmasının sədri Abdurrəhman Məmmədov, kənd ağsaqqalları, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.

  • Çernobıl faciəsinin 30-cu ildönümü qeyd edil...

    Çernobıl faciəsinin 30-cu ildönümü qeyd edilib

    2016-04-26

    26 aprel 2016-cı il tarixdə Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Qala şadlıq sarayında (nahar süfrəsi ətrafında) baş tutan görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Mahmud Süleymanov, Sevil Əhmədova, Çernobıl Əlilləri İttifaqı İctimai Birliyi İsmayıllı rayon filialının sədri Məleykə Lətifova, aidiyyəti idarə rəhbərləri, Çernobıl əlilləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

əvvəlki [25] növbəti