Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda yardım aksiyasının əhatəsi genişlənir

14 aprel 2020 | 16:00

Yeni növ koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimində möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə başlamış  #BizBirlikdəGüclüyük çağırışı İsmayıllı əhalisinin həmrəyliyini artırmaqdadır. İsmayıllı Rayon İcra Hakimiyyəti (İRİH) karantin dövründə gəlir yerlərindən müvəqqəti məhrum olmuş, aztəminatlı ailələrə, həmçinin əlil və ahıl insanlara ərzaq yardımı aksiyasının əhatəsini genişləndirir. Bu işlərə müxtəlif şirkət və xeyirxah insanlar qoşularaq həmrəylik nümayiş etdirirlər. Hər gün quruma “Sakinlərin Müraciət Xidməti– 164″ qaynar xətt, elektron ünvan və sosial şəbəkələr vasitəsi ilə daxil olan müraciətlər siyahıya alınır, qeyd olunan kateqoriyalar üzrə insanlara ərzaq yardımları çatdırılır.

Aprelin 13-də İRİH-nin iştirakı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “9 №-li Yol İstismar” MMC şirkəti tərəfindən rayonun bir qrup aztəminatlı ailəsinə yardım olunub.

Keçidlər