Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirusdan sağalan İsmayıllı sakini xalqı mәsuliyyәtli olmağa çağırdı

26 aprel 2020 | 16:00

Bir müddət öncə koronavirusa yoluxmuş İsmayıllı sakini Naibə İbrahimova sağalaraq evə buraxılıb. Rayonun mərkəzi xəstəxanasının təcili yardım şöbəsinin kiçik tibb işçisi həmvətənlilərinə videomüraciət edərək bildirir ki, bir müddət öncə virusa yoluxduğu aşkar olunub, dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və müalicəsini orada alıb.

O, sağalmağında böyük əməyi olan hər kəsə təşəkkür edir. Keçirdiyi çətin dönəmdə sağlamlığının təmin edilməsi və hər cür dövlət qayğısı ilə əhatə olunduğuna, həmçinin qabaqlayıcı tədbirlər sayəsində pandemiyanın Azərbaycanda alovlanmasının qarşısı alındığına görə ölkə başçısına minnətdarlığını bildirir.

N.İbrahimova vətəndaşları “COVID-19”a yoluxmamaq üçün məsuliyyətli olmağa, həkimə müraciət etməkdən qorxmamağa, möhtərəm Prezident İlham Əliyevin çağırışları altında sıx birləşməyə, Dünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etməyə səsləyir.

VİDEO

Keçidlər